Bütün xəbərlər
19 iyun, 11:00

Təhsil həyatında qazanılan uğurlar gələcək nailiyyətlərin ilk addımı, ilk carçısıdır. Məhz 1 iyun tarixində keçirilən qəbul imtahanında yüksək nəticə göstərən abituriyentlər bu sınaqdan uğurla çıxaraq gələcək nailiyyətlərinə möhkəm zəmin yaratdılar. Bu abituriyentlər arasında IV ixtisas qrupu üzrə maksimum nəticə – 400 bal toplayan Anar Babayev də var.

Bakı şəhəri 129 saylı tam orta məktəbin məzunu olan Anar “Azərbaycan müəllimi” ilə onu bu uğura aparan yol haqqında danışıb, təəssüratlarını bölüşüb.

Anar deyir ki, bu nəticə təsadüf deyil, illərlə göstərdiyi əzmkarlığın və davamlı çalışmanın bəhrəsidir. O, təhsil illəri boyunca öz biliyini müxtəlif imtahan və müsabiqələrdə dəfələrlə sınayıb və hər dəfə uğurlu nəticə göstərib: “I sinifdən bəri hər zaman əlaçı olmuşam. Məktəbdaxili və xarici müsabiqələrdə iştirak edib yüksək nəticələr əldə etmişəm. Respublika fənn müsabiqələrində kimya fənni üzrə bürünc medal, X sinifdə isə Respublika fənn olimpiadalarında fizika fənni üzrə gümüş medal qazandım”.

Anar bu il XI sinifdə isə Respublika fənn olimpiadalarında kimya fənni üzrə fərqlənərək III yerə layiq görülüb. Bununla yanaşı, Azərbaycan Astronomiya Olimpiadasında iştirak edərək qızıl medala sahib olub.

Uğur məsuliyyətdən başlayır

Anar aşağı siniflərdən etibarən dərslərinə məsuliyyətlə yanaşıb, müəllimlərini diqqətlə dinləyib. Məhz bu yanaşma onun uğurlarının təməlini qoyub. XI sinfin əvvəllərindən isə qəbul imtahanında yüksək bal toplamağı konkret məqsəd kimi seçib: “Bəzən çətin anlar olurdu, amma həmişə belə deyildi. Xüsusilə buraxılış imtahanına yaxın daha çox stres hiss edirdim. Amma qəbul imtahanı mənə daha rahat görünürdü. Ona görə də maksimum nəticə göstərə bildim”.

Çox çalışmaq və qarşınıza bir hədəf qoyub ona doğru irəliləmək ən doğrusudur

Anarın ən böyük arzusu həkim olmaqdır. Uşaqlıqdan ailəsinin onu həkim kimi görmək istədiyini deyən Anar bu amilin də onu motivasiya etdiyini bildirir: “Uğur qazanmağın yolu çox çalışmaqdan keçir. Aşağı siniflərdən güclü baza qurmaq vacibdir, amma son illərdə göstərilən əzmkarlıqla da yüksək nəticə əldə etmək mümkündür”.

Ümumilikdə 695.8 bal toplayan Anar Babayev bu yolda ən böyük dəstəkçilərinin ailəsi və müəllimləri olduğunu xüsusi vurğulayır.

Şərhlər

Xəbər lenti

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

11 iyul, 11:35

Bağçalara qəbul başlayır

11 iyul, 11:30

İzmirdə ikili diplom proqramının akademik heyəti və məzun tələbələrlə görüş keçirilib

11 iyul, 11:25

Gəncədə “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

11 iyul, 11:10

“HTP sayəsində ölkəmizi layiqincə təmsil etməyə çalışdım” – Çində təhsil alan tələbə

11 iyul, 10:49

Peşə təmayüllü siniflərdə çalışmaq istəyənlərin NƏZƏRİNƏ!

11 iyul, 10:20

Peşə təhsili müəssisələrinin müəllimləri Türkiyədə təlimdə iştirak ediblər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.