Bütün xəbərlər
13 mart, 19:52

2000-dən artıq tələbənin qatıldığı “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Universitetlərarası Azərbaycan Çempionatı yekunlaşıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu gün Bakı Konqres Mərkəzində 25 ali təhsil müəssisəsindən 33 komandanın yarışdığı final mərhələsinin qalibləri elan olunub. 3 komanda çempionatın qalibi olub. Birinci yeri Bakı Ali Neft Məktəbinin, ikinci yeri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, üçüncü yeri Azərbaycan Tibb Universitetinin komandası qazanıb.

“3 sual.az” İntellektual Oyunlar üçün platformanın həmtəsisçisi, icraçı direktoru Əhməd Əliyev “Azərbaycan müəllimi”nə bildirib ki, 33 komandaya 48 sual verilib, onlardan  31-nə düzgün cavab verən Bakı Ali Neft Məktəbinin “Stonks” komandası qalib olub: “Lakin onlarla eyni sayda suala düzgün cavab verən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Vendetta” komandası ikinci yerə layiq görüldü. Əlavə göstəricilərə, reytinq xallarına görə məhz “Stongs” komandası qalib elan edildi. Üçüncü yeri isə Azərbaycan Tibb Universitetinin “Old school” komandası 30 suala düzgün cavab verərək qazandı”.

Qalibləri Elm və Təhsil Nazirliyinin şöbə müdiri Səbuhi Rzayev mükafatlandırıb.

Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyi, Gənclər Fondu, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “3 sual” intellektual oyunlar platforması və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilir.

Layihənin əsas məqsədi tələbələrin intellektual potensialını üzə çıxarmaq, onların bilik və məntiqi düşüncə qabiliyyətlərini inkişaf etdirmək və universitetlərarası intellektual mühitin formalaşmasına dəstək olmaqdır. Eyni zamanda, bu cür yarışlar gənclərin komanda şəklində işləmə bacarıqlarını gücləndirir və elmi biliklərini praktik olaraq tətbiq etmələrinə imkan yaradır.

1 /18

Şərhlər

Xəbər lenti

1 may, 12:46

Sabahın hava proqnozu açıqlanıb

1 may, 12:40

Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

1 may, 12:29

Respublika fənn olimpiadalarında daha bir yenilik olacaq

1 may, 12:25

MÜTDA valideynlərə çağırış etdi

1 may, 12:04

Lənkəranda “Peşə sərgisi” – Şagirdlər əl işlərini nümayiş etdirdilər

1 may, 12:01

Naxçıvanda yeni kadr təyinatları olub

1 may, 11:43

“Qazaxıstanın xaricdə təhsil proqramı öz hədəflərinə çatıb” – Adil Kusmanov

1 may, 11:33

“Azərbaycan üçün İngilis Dili Strategiyası” sənədinin təqdimatı keçirilib

1 may, 11:10

Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrların NƏZƏRİNƏ!

1 may, 11:07

Rezidenturaya qəbul imtahanının I mərhələsi keçiriləcək

1 may, 11:03

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edəcək

1 may, 10:58

BDU Beynəlxalq Dayanıqlı Kampus Şəbəkəsinə üzv olub

1 may, 10:51

RFO-nun final turunun kimya fənni üzrə yoxlama prosesi yekunlaşıb

1 may, 10:51

Qazi Universiteti xəstəxanalarının həkimləri NDU-da tədqiqata cəlb edilə bilər

1 may, 10:50

Məktəblərdə “Yaşıl könüllük” proqramı icra olunur

1 may, 10:39

“DİVAN” – Milli Məhkəmə Simulyasiyasının mükafatlandırma mərasimi keçirilib

1 may, 10:23

Şahmat taxtasında yazılan hekayə – Gülşənin zəfər yolu

1 may, 10:10

Sumqayıtda “Erkən nikahın qarşısının alınması” mövzusunda görüş olub

1 may, 09:57

Radiasiya Problemləri İnstitutunun alimləri ilə görüş keçirilib

1 may, 09:51

Məktəblərdə yaz tətili başladı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.