Bütün xəbərlər
23 sentyabr, 15:23

Müasir dövrdə təhsil prosesindən gözləntilər yalnız akademik biliklərlə məhdudlaşmır. Şagirdlər və tələbələr həm də dəyişkən mühitdə uğur qazana bilmək üçün müxtəlif şəxsi bacarıqlara - yumşaq bacarıqlara (soft skills) yiyələnməlidirlər. Bu bacarıqlar öyrənmə prosesini daha səmərəli edir, onların əməkdaşlıq və yaradıcılıq imkanlarını genişləndirir.

Harvard Graduate School of Education-da bununla bağlı dərc olunan məqalələrdə qeyd edilir ki, soft skills öyrənmə prosesini daha səmərəli, şəxsi və peşəkar inkişaf yolunu isə davamlı və inamlı edən çevik bacarıqlar toplusudur. Mövzunun tədqiqatçıları şagirdlərin təhsildəki tapşırıqların öhdəsindən gəlmək, uğurlu münasibətlər qurmaq, dəyişikliklərə uyğunlaşmaq və özünü inkişaf etdirmək üçün 10 əsas bacarığını nəzərdən keçiriblər.

Özünü idarəetmə uğurlu təhsilin əsasını təşkil edir. Planlaşdırma və intizam bacarığı prioritetləri düzgün müəyyənləşdirməyə, hədəflərə çatmağa və təxirəsalmanı aradan qaldırmağa kömək edir.

Mütəxəssislər uğurlu özünüidarə üçün aşağıdakıları tövsiyə edirlər:

  • Qeydlər üçün tətbiq və ya dəftərlərdən istifadə edin. Cədvəlinizi şəxsi bioritminizə uyğun qurun.
  • “Pomodoro” metodunu tətbiq edin. 25 dəqiqə işləyin, 5 dəqiqə fasilə verin. Bu, diqqəti məşq etdirir və yorğunluğun qarşısını alır.
  • Yayındırıcı faktorları məhdudlaşdırın. Telefonlarda bildirişləri söndürün və sakit iş mühiti yaradın.
  • İstirahəti planlaşdırın. Yorğunluq ən dəqiq sistemi belə pozur. Axşam rejiminizə nəzarət edin. Keyfiyyətli yuxu təhsildə məhsuldarlığa birbaşa təsir göstərir. Vaxtında yatmağa və yatmazdan bir müddət əvvəl ekranlardan uzaq olmağa çalışın.

Tənqidi təfəkkür şagirdlərə məlumatı analiz etməyə, faktı rəydən ayırmağa və şəxsi mövqe formalaşdırmağa kömək edir. Bu bacarıq informasiya bolluğu və saxta xəbərlər dövründə xüsusilə aktuallaşır. Tənqidi düşüncə dərs materialını daha dərindən anlamağa, cavabları əsaslandırmağa, manipulyasiyalardan qorunmağa və intellektual müstəqilliyi gücləndirməyə imkan yaradır. Bunun üçün aşağıdakı məqamlara fikir vermək lazımdır:

  • Yeni mövzu öyrənərkən dəqiqləşdirici suallar zehnin aydınlığını gücləndirir. Problemə fərqli tərəflərdən baxış düşüncə elastikliyini inkişaf etdirir.
  • Arqumentləri analiz edin. Onların məntiqini, səhv və manipulyasiyalarını araşdırın. Bu öz arqumentlərinizi qurmağa kömək edir.

Emosional intellekt (Eİ) şagirdlərə öz hisslərini anlamağa, emosiyalarını idarə etməyə və başqalarının vəziyyətlərini öyrənməyə kömək edir. Bu, yaşıdlar və müəllimlərlə ünsiyyəti daha konstruktiv edir. Emosional baxımdan yetkin şagirdlər stress və münaqişələrlə daha asan mübarizə aparır.

  • Gün ərzində hansı hissləri yaşadığınızı və səbəblərini yazın. Bu, emosiyaları anlamağa kömək edir.
  • Nəfəs texnikalarını tətbiq edin. Qorxu, qəzəb və ya narahatlıq kimi güclü emosiyalarla mübarizədə bu texnikalar olduqca faydalıdır.
  • Empatiyanı inkişaf etdirin. Xüsusilə çətin vəziyyətdə özünüzü başqasının yerinə qoyun. Bu, münasibətləri mehribanlaşdırır.
  • Mimika və intonasiya vasitəsilə emosiyaları tanımağı öyrənin. Bu, şəxslərarası ünsiyyətdə xüsusilə faydalıdır.

Kommunikasiya uğurlu təhsil, layihələr və komanda işinin ən vacib bacarığıdır. Düşüncələri aydın ifadə etmək, suallar vermək, dialoq qurmaq və dinləmək öyrənmənin keyfiyyətinə təsir göstərir. Ünsiyyətcil şagird dost tapmaqda, məktəbdaxili və məktəbdənkənar tədbirlərdə iştirak etməkdə daha rahat olur. Bundan başqa, inkişaf etmiş nitq dərslərdə və ictimai çıxışlarda özünəinamı artırır.

Komanda işi müasir təhsildə və gələcək karyerada uğurun açarı sayılır. Başqaları ilə əməkdaşlıq etmək, məsuliyyətləri bölüşmək və ümumi məqsədə doğru irəliləmək bacarığı şagirdləri daha uğurlu edir. Bu bacarıq həm də liderlik keyfiyyətlərini inkişaf etdirir. Uğurlu komanda işi üçün mütəxəssislərin bir neçə tövsiyəsi var:

  • Rol bölgüsü edin. Komandada kimin hansı tapşırığı icra edəcəyini müəyyənləşdirin.
  • Qarşılıqlı hörmətə üstünlük verin. Hər kəsin fikrini dinləyin və dəyər verin.
  • Birgə məqsəd qoyun. Ümumi hədəf motivasiyanı gücləndirir.
  • Bir-birinizə dəstək olun. Komanda yoldaşınızın uğuruna sevinin, çətinliklərdə kömək edin.

Adaptasiya bacarığı

Dünya sürətlə dəyişir, buna görə uyğunlaşma bacarığı təhsilalanlar üçün həyati əhəmiyyət daşıyır. Bu, yeni şərtlərə tez reaksiya vermək, dəyişikliklərə açıq olmaq və çətinlikləri fürsətə çevirmək qabiliyyətidir. Adaptasiya bacarığını inkişaf etdirmək üçün tövsiyələr:

  • Dəyişikliklərə açıq olun. Onları inkişaf imkanı, xətaları təcrübə kimi qəbul edin. Onlardan nəticə çıxarmağı öyrənin.
  • Stressə qarşı dözümlülüyü gücləndirin. Meditasiya, idman və ya hobbilərlə məşğul olun.

Problemlərin həlli bacarığı şagirdə qarşıya çıxan çətinlikləri analiz edib düzgün həll yolları tapmaq imkanı verir. Bu, həm tədris tapşırıqlarında, həm də gündəlik həyatda vacibdir.

Problemlərin həllini inkişaf etdirmək üçün aşağıdakı bacarıqları formalaşdırmaq lazımdır:

  • Problemi dəqiq müəyyən etmək, onu hissələrə bölmək və kiçik addımlarla həll etmək daha asandır.
  • Alternativ yollar axtarın.
  • Riskləri qiymətləndirin. Hər həllin nəticələrini əvvəlcədən düşünün.
  • Prioritetləri seçin. Ən vacib tapşırığı birinci yerinə yetirin.

Yaradıcı düşüncə yeni ideyalar yaratmaq, qeyri-adi yanaşmalar tapmaq və standartdan kənara çıxmaq bacarığıdır. Təhsil prosesində bu bacarıq şagirdə daha maraqlı layihələr hazırlamağa və dərsləri dinamikləşdirməyə kömək edir.

Yaradıcı düşüncəni inkişaf etdirmək üçün ideyalar yazmaq, analogiyalar qurmaq, vizual düşünmək, sxem, diaqram və şəkillərlə işləmək vacibdir.

Liderlik bacarığı başqalarına təsir etmək, onlara motivasiya vermək və ümumi məqsədə aparmaq qabiliyyətidir. Şagird üçün bu bacarıq həm məktəbdə, həm də gələcək həyatda mühüm üstünlükdür. Bunun üçün ondan təşəbbüskar olmaq, dinləməyi bacarmaq, komanda üzvlərinin fikirlərinə dəyər vermək tələb olunur. Liderlik keyfiyyəti münaqişələri həll etməyə, ədalətli qərarlar çıxarmağa, komandanı dəstəkləməyə, hər kəsin güclü tərəflərini inkişaf etdirməyə imkan verir.

Rəqəmsal savadlılıq

Şagirdlər onlayn resurslardan istifadə etməyi, təhlükəsizlik qaydalarına əməl etməyi və texnologiyalardan faydalı şəkildə yararlanmağı bacarmalıdır. Bunun üçün onlayn resurslardan düzgün istifadə, informasiya təhlükəsizliyi, sosial şəbəkələrdə məsuliyyətli davranış, bulud sistemlərindən faydalanmaq vacibdir. Şagirdlərin media savadlılığı da vacib rəqəmsal bacarıqlardandır.

ScienceDirect saytının ekspertləri sadalanan yumşaq bacarıqları inkişaf etdirən şagirdlərin yalnız dərslərdə deyil, həyatın bütün sahələrində daha inamlı və dayanıqlı olduğunu vurğulayırlar.

Mənbə: “Azərbaycan məktəbi” jurnalı

Şərhlər

Xəbər lenti

14 oktyabr, 17:45

Azərbaycan cəmiyyətində müəllimlər dəyərli hesab olunurlar - OECD

14 oktyabr, 17:25

Peşə təhsili müəssisələrində təhsilverənlər üçün ixtisasartırma təlimlərinə start verilib

14 oktyabr, 16:52

ADPU-da mentorluq proqramı start götürüb

14 oktyabr, 16:45

ADNSU-da gənclər üçün IT təlimi keçirilib

14 oktyabr, 16:31

Fizika və biologiya olimpiada seçmələrinin nəticələri elan olundu

14 oktyabr, 15:53

UNEC-də “Stresin və emosional zəkanın idarə olunması” mövzusunda təlim keçirilib

14 oktyabr, 15:50

ADNSU əməkdaşları sənaye təcrübə proqramında iştirak ediblər

14 oktyabr, 15:35

62 min əlilliyi olan uşağın cəmi 13 mini təhsil alır, bəs qalanlar haradadır?

14 oktyabr, 15:32

2027–2030-cu illər üzrə elm və təhsil hədəfləri müzakirə edilib

14 oktyabr, 13:46

Hüseyn Hüseynov: Keyfiyyətli təhsilə əlçatanlığın artırılması istiqamətində fəaliyyətlər genişləndirilməlidir

14 oktyabr, 13:36

Tələbə Futzal Liqasında 2025/2026 mövsümünün oyun cədvəli açıqlanıb

14 oktyabr, 13:12

Yeni peşə təhsili müəssisələri tikiləcək

14 oktyabr, 13:08

Dövlət bir təhsilalana nə qədər pul xərcləyir? - Bağça xərcləri öndə

14 oktyabr, 13:01

Azərbaycan TALIS 2024 tədqiqatında yüksək nəticələr göstərib – HESABAT

14 oktyabr, 12:37

MDU Ege Universiteti ilə ortaq magistratura proqramları hazırlayacaq

14 oktyabr, 12:28

Təhsil krediti alanların yarıdan çoxu qadındır

14 oktyabr, 12:03

Sadiq Əliyev: Rəqabətqabiliyyətli olmaq üçün bilik və bacarıqlar daim yenilənməlidir

14 oktyabr, 11:51

Bahar Muradova: Müharibədən zərər çəkmiş ərazilərdə təhsil sahəsi diqqətdə saxlanılır

14 oktyabr, 11:48

İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox şəxs peşə hazırlığına cəlb olunub

14 oktyabr, 11:38

Ülkər Səttarova: Azərbaycan universitetlərinin qlobal reytinqlərdəki yeri yüksəlir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.