Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Sentyabr 2014 - №37

 

Yeniyetmə ifaçı müsabiqələr laureatıdır

 

Qeyri-adi istedad sahibi olan Jalə Mailova 2000-ci ildə Bakı şəhərində anadan olub. Bakıdakı 81 nömrəli tam orta məktəbin 8-ci və Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin VII sinfində fortepiano ixtisası üzrə təhsil alır.

O, bir  çox beynəlxalq  müsabiqə və festivallarda  iştirak edərək nailiyyətlər qazanıb. 2010-cu ildə Polşa səfirliyinin təşəbbüsü ilə  Uşaq Musiqi Məktəbləri üçün keçirilən  F.Şopen adına gənclər festivalında diplomla təltif edilib. 2011-ci ildə isə  Rusiyanın ölkəmizdəki səfirliyinin keçirdiyi  Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20 illiyinə həsr olunan 8-ci respublika baxış müsabiqəsində  rus klassik musiqisinin ən parlaq ifaçısı kimi I yerə layiq görülüb. 2012-ci ildə  Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə  keçirilən pianoçuların II Respublika müsabiqəsində laureat adını qazanıb. Həmin il  Almaniyanın Münhen şəhərində keçirilən  "Münhen ulduzları",  Macarıstanda  "Macar oyunları" və "Budapeşt ulduzları", Ukraynada "İndividualist",  Bakıda islam dünyası gənclərinin beynəlxalq müsabiqələrinin qalibi olub.

Gənc yeniyetmə üçün 2013-cü il uğurlu olub. O, Uşaq Musiqi və İncəsənət məktəbləri şagirdlərinin fortepiano ansamblı və müşayiəti üzrə respublika müsabiqəsinin laureatı adını qazanıb. "İstedadlı uşaqlar" festivalında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan  tədbirdə diplom və kubokla, 2014-cü ildə Gürcüstanda keçirilən pianoçuların 6-cı beynəlxalq müsabiqəsində diplomla mükafatlandırılıb. Eyni zamanda  gənc fortepianoçu xalq artisti Zəhra Quliyevanın təşəbbüsü ilə yaradılan "İstedad mərkəzi"nin  üzvü seçilib.

Ölkəmizi beynəlxalq müsabiqələrdə və festivallarda uğurla təmsil  edən Jalə Mailovanın  adı 2013-cü  ildə Azərbaycanın  gənc istedadlarının "Qızıl kitab"ına yazılıb və o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  cənablarının müvafiq sərəncamı ilə  xüsusi aylıq təqaüdə layiq görülüb.

Azərbaycan incəsənətini, musiqisini dünyaya tanıdan Jalə Mayılova  istedad və bacarığının  üzə çıxarılmasında  ona dəstək olan hər kəsə, xüsusilə  əməkdar mədəniyyət işçisi Tamilla Məmmədovaya  minnətdar olduğunu söyləyir. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov