Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

24 Dekabr 2010 - 50

 

Şərurun yeni və müasir tipli təhsil ocaqları

Bookmark and Share

Təkcə bu il ərzində rayonda 3 yeni məktəb binası istifadəyə verilib

Şərur muxtar respublikanın inzibati-ərazi bölgüsünə daxil olan səkkiz rayon və şəhərdən biridir. Regionların sosial-iqtisadi inkişafının Dövlət Proqramları çərçivəsində aparılan genişmiqyaslı quruculuq tədbirləri muxtar respublikanın digər bölgələri kimi yüz min nəfərdən artıq sakini olan, rayon mərkəzi ilə yanaşı 64 kənd yaşayış məskənini öz ətrafında birləşdirən  bu rayonu də ağuşuna alıb.

Ölkə Prezidenti İlham Əliyev bu ilin oktyabr ayında bölgəyə səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə keçirdiyi görüşdə  həyata keçirilən tədbirlərdən  məmnun qaldığını bildirib: "Şərur rayonunda bütün sosial məsələlər həllini çox uğurla və keyfiyyətlə tapır. Keçən dəfə Olimpiya Kompleksinin açılışında, mərkəzi rayon xəstəxanasının istifadəyə verilməsində iştirak etmişdim. Digər obyektlərin, sosial infrastrukturun yaradılması bu rayonda çox uğurla və sürətlə gedir...".

Nahaq deməyiblər ki, hər bir mərkəz rayonun  siması sayılır. Son illər  7 min nəfərə yaxın sakini olan Şərur şəhərində də  böyük infrastruktur tədbirləri həyata keçirilib. O, böyük hədəflərə doğru iri addımlarla irəliləyən bölgələrdən birinin mərkəzinə çevrilib.

Cari il burada  200 yerlik müasir tipli uşaq bağçası istifadəyə verilib. Üç bölmədən ibarət Şərur ticarət mərkəzində 220 yerlik açıq və örtülü bazarlar, 48 mağaza, məişət xidməti sahələri, iaşə obyektləri fəaliyyət göstərir. O, muxtar respublikada fəaliyyət göstərən ən iri ticarət obyektlərindən biridir. Ötən il istifadəyə verilən Şərur Olimpiya-İdman Kompleksi də rayonun ictimai-mədəni həyatında böyük canlanma yaradıb. Az vaxt ərzində o, kiçik şəhərə böyük idman mədəniyyəti gətirib. Artıq burada idmanın ayrı-ayrı növləri üzrə bir necə mötəbər yarışlar keçirilib. 68 çarpayılıq Şərur rayon Mərkəzi Xəstəxanası da Avropa standartları əsasında tikilib, burada xidmətin müasir tələblər səviyyəsində təşkili üçün hər cür şərait yaradılıb. Şərur şəhər məscidi də müasir memarlıq üslubunda inşa olunub.  Şərur Türk Liseyi üçün də yeni və müasir tipli obyekt inşa olunub. İki hektardan artıq sahəni əhatə edən mədəniyyət və istirahət parkı da rayon mərkəzinin  simasına yeni çalarlar gətirib. Yeni salınan bağlar, parklar da göz oxşayır, könül açır.

Yengicə kənd orta məktəbiBöyük quruculuq tədbirləri kənd yaşayış məskənlərinə də yeni nəfəs gətirib. Bir çox kəndlərdə  tikinti-quruculuq tədbirləri kompleks şəkildə aparılıb. Eyni vaxtda həmin kəndlərdə müasir tipli məktəb, kənd mərkəzi, həkim ambulatoriyası, ticarət obyekti, məişət evi sakinlərin ixtiyarına verilib. Kənd yollarında əsaslı təmir və yenidənqurma tədbirləri aparılıb. Aralıq, Tumaslı, Yengicə, Maxta, Qarxun, Aşağı Daşarx, Mahmudkənd, Vərməziyar, Axura, Aşağı Yaycı kəndlərində görülən işləri bu dediklərimə misal göstərmək olar.

Yeni və müasir tipli təhsil ocaqlarının inşası isə aparılan quruculuq tədbirlərində üstün istiqamətə çevrilib. Rayon mərkəzi kimi,  kəndlərdə də  yeni, müasir və orijinal tipli təhsil ocaqlarının inşasına başlanılıb. 26  yeni və müasir tipli təhsil ocağı inşa olunub. Hər bir təhsil müəssisəsində də tədrisin yüksək səviyyədə təşkili üçün lazımi şərait yaradılıb.

Rayon icra hakimiyyətinin başçısı İbrahim Məmmədov deyir ki,   rayondakı mövcud məktəblərdən bir çoxu ötən əsrin 70-80-ci illərində respublikamızda aparılan genişmiqyasılı quruculuq siyasəti nəticəsində inşa olunub. Amma son illərə qədər burada yararsız hala düşən, bu səbəbdən də tədrisin keyfiyyətinə ciddi xələl törədən   təhsil ocaqları da az olmayıb. İndiki quruculuq siyasətində bu cür  məktəblər ön planda saxlanılıb. Bu mühüm və vacib məsələdə xalqımızın ümummilli lideri Heydər Əliyevin belə bir kəlamı əldə rəhbər tutulub: "Hər bir millətin, hər bir ölkənin gələcəyi gənclərdir. Biz gəncliyimizi nə qədər yüksək təhsilli etsək, onların müəyyən ixtisaslara mütəşəkkil yiyələnməsinə şərait yarada bilsək, müstəqil Azərbaycanın gələcəyi və demək, müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafı, təhsilin inkişafı, insanların rifah halı da bir o qədər də yaxşı olacaqdır".

Zeyvə kənd orta məktəbiÖtən il də rayonda  yeni məktəblərin inşası, onların texniki və kadr təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları və pulsuz dərsliklərlə təmin edilməsi, məktəb kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində xeyli işlər görülüb.  Aşağı Daşarx, Tumaslı kəndlərində yeni  məktəb binaları tikilib. Şərur şəhərindəki 1 nömrəli 1176 şagird yerlik orta məktəb binası isə əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Məktəbin müasir informasiya texnologiyaları ilə təminatı da diqqət mərkəzində saxlanılıb.

Təhsil sahəsində quruculuq tədbirləri cari ildə də böyük vüsətlə  davam etdirilir. Yeni və müasir tipli təhsil ocaqlarından biri  Yengicə kəndində inşa olunub.

Onu da qeyd edək ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Yengicə Şərur-Dərələyəz qəzasında mühüm mərkəzlərdən biri kimi tanınıb. Uzun müddət qəza inzibati-ərazi bölgüsünün mərkəzi olub, indiki rayon mərkəzi funksiyasını yerinə yetirib. Muxtar respublikada ilk təhsil ocağı 1882-ci ildə burada açılıb. Həmin məktəbin açılmasının təşəbbüskarı və təşkilatçısı dövrünün böyük maarifçi ziyalılarından olan Mirzə Ələkbər Süleymanov olub. Qori Müəllimlər Seminariyasını bitirən bu şəxs həmin il kənddə 11 uşağı təhsilə cəlb edib. İki il sonra isə məktəb üçün ikisinifli bina inşa edilib. O, rayon əhalisinin maariflənməsində, savadlanmasında önəmli rol oynamaqla yanaşı, məktəbi ədəbi-pedaqoji fikrin qabaqcıl mərkəzlərindən birinə çevirmişdir.

Üç yüzdən artıq şagirdin təhsil aldığı kənd orta məktəbi bu gün də öz müsbət ənənələrini yaşadır. Ötən il məktəbi bitirən 15 məzundan 5-i ali təhsil ocağına qəbul olunub. Köhnə və yararsız bir binada yerləşən məktəb üçün bu, böyük uğur sayılıb. Yeni dərs ilində 302  şagirdin təlim-tərbiyəsi ilə 45 müəllim məşğul olur. 33 yaşlı kimya müəllimi Pakizə Əliyeva isə bu il ölkə başçısının sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.  Züleyxa Abdullayeva, Afət Seyidova, Ədalət Tağıyev, Laləzar Zeynalova, Səriyyə İbrahimova təcrübəli müəllimlər kimi tanınıblar.

Maxta kənd orta məktəbiTəbii ki, bu tədris ilində qazanılan uğurlar ötən ildəkindən də çox olacaq. Bu, ilk növbədə, regionların sosial-inkişafının Dövlət Proqramı çərçivəsində kənddə 568 şagird yerlik, zirzəmi qatı ilə birlikdə dörd mərtəbədən ibarət olan müasir tipli məktəb binasının tikilib istifadəyə verilməsi ilə bağlıdır.

Prezident İlham Əliyev bu ilin oktyabr ayında muxtar respublikaya səfəri çərçivəsində təhsil ocağında görülən   işlərdən, yaradılan şəraitdən razı qaldığını bildirib: "Bu məktəb əslində kənd məktəbinə oxşamır. Çox əzəmətli, gözəl, geniş, işıqlı bir məktəbdir," -deyib. Dövlət başçımız həmin görüşündə bu gün ölkəmizdə həyata keçirilən sosial siyasətin bəzi məqamlarından da danışıb: "Bu gün Azərbaycanın bütün kəndlərində belə gözəl məktəblər tikilir. Bizim siyasətimiz məhz bundan ibarətdir ki, bütün yerlərdə, bütün bölgələrdə, ən ucqar kəndlərdə də ən müasir səviyyə, insanların yaşaması, işləməsi üçün bütün şərait yaradılmalıdır".

Müasir layihə əsasında inşa olunan yeni təhsil ocağında müəllim və şagirdlərin ixtiyarına 32 sinif otağı ilə bərabər, zəngin əyani vəsaitlərlə təmin olunan fənn kabinetləri, laboratoriyalar, kitabxana, idman zalı, yeməkxana verilib. Şagirdlərin müasir informasiya texnologiyalarına yiyələnə bilmələri üçün burada kompüter mərkəzi yaradılıb. İki elektron lövhəli sinif də tədrisin yüksək səviyyədə aparılmasına imkan yaradır. Məktəb müasir istilik sistemi ilə də təmin olunub.

Azərbaycanın Milli Qəhrəmanı Əli Camalovun adını daşıyan Maxta kənd orta məktəbi dövlət başçımızın xeyir-duası ilə istifadəyə verilən yeni təhsil ocaqlarındandır. 2,5 min nəfərə yaxın əhalinin məskunlaşdığı və rayon mərkəzindən 7 km aralıda yerləşən bu kənddə də quruculuq tədbirlərinə kompleks şəkildə yanaşılıb. Üçmərtəbəli, 540 şagird yerlik təhsil ocağı müəllim və şagirdlərin ixtiyarına verilib.

"Maxta kəndində gözəl, yaraşıqlı məktəb tikilib. Əminəm ki, bu, uşaqlara böyük bir töhfədir"-deyən dövlət başçımız məktəbin açılış mərasimində ölkəmizin gələcək və xoş inkişafı naminə öz tövsiyə və tapşırıqlarını da bildirib: "Burada uşaqlar ancaq yaxşı oxumalıdırlar. Müəllimlər də uşaqlara yaxşı tərbiyə verməlidirlər, yaxşı nəzarət etməlidirlər. Bizə savadlı, bilikli gənclər lazımdır ki, bundan sonra bütün sahələrdə işləyə bilsinlər. Bu gün Azərbaycanda inkişaf çox sürətlə gedir. Hər bir sahədə yeni, peşəkar mütəxəssislər lazımdır ki, bütün işləri yüksək səviyyədə aparsınlar. Təhsil bu məqsədlərə nail olmaq üçün başlıca vasitədir. Azərbaycanda təhsil sahəsinə çox böyük diqqət göstərilir".

Hazırda kənd orta məktəbində 192 şagirdin təlim-tərbiyəsi ilə 29 nəfər müəllim məşğul olur. Onların içərisində qabaqcıl müəllimlər çoxdur. İbtidai sinif müəllimi  Zülafə Abbasova bu il ölkə başçısının sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

Qızılı payızın soyuq günlərində Naxçıvan-Sədərək magistral yolunun kənarında yerləşən Zeyvə kəndində də tikinti-quruculuq işləri böyük həvəslə aparılır. Yeni inşa olunan obyektlərdən biri də 612 şagird yerlik üçmərtəbəli təhsil ocağıdır. "Gəmiqaya" MMC tərəfindən inşası aparılan obyektdə  tikinti-quraşdırma işləri beş ay ərzində yüksək keyfiyyətlə başa çatdırılıb. Burada müəllim və şagirdlərin  ixtiyarına 33  sinif otağı ilə bərabər, zəngin əyani vəsaitlərlə təmin olunan fənn kabinetləri, laboratoriyalar, kitabxana, idman zalı, yeməkxana veriləcək. Şagirdlərin müasir informasiya texnologiyalarına yiyələnə bilmələri üçün burada iki kompüter otağı yaradılıb. Hər bir otaqda 18  kompüter İnternetə qoşulub. İki elektron lövhəli sinif otağı da tədrisin yüksək səviyyədə aparılmasına imkan yaradacaqdır.

Burada qiymətli tikinti materiallarından istifadə olunub. Pilləkən və foyelərə mərmər daşlar döşənib. Sinif otaqları, fənn kabinet və laboratoriyalar lazımi avadanlıq və mebel dəstləri ilə təmin olunub. Məktəbin qarşısında və arxasında isə böyük həcmdə yaşıllıq salınıb.

337 şagirdin təhsil aldığı Zeyvə kənd orta məktəbi də rayonun qabaqcıl təhsil müəssisələrindən biridir. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi  Gültəkin Həsənova  "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərindən biri olub, ölkə başçısının sərəncamı ilə birdəfəlik beş min manat məbləğində pulla mükafatlandırılıb. Məhərrəm Rəhimov, Əhliman Həsənov, Ceyran Qasımova, Dünyamir Hüseynli də rayon müəllimləri arasında  təcrübəli pedaqoqlar  kimi tanınıblar.

Ən başlıcası isə yeni məktəbin tikintisində kəndin gələcək inkişaf perspektivinin nəzərə alınmasıdır. Bu hesabla yaxın 20-25 il ərzində burada əlavə sinif otaqlarına, yeni tədris korpusuna ehtiyac duyulmayacaq. 

Məmməd MƏMMƏDOV,
Naxçıvan MR Ali  Məclisinin deputatı, tarix elmləri
üzrə fəlsəfə doktoru,  əməkdar jurnalist

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

24 Dekabr 2010 - 50

Prezident İlham Əliyev "Jurnalistlərin dostu" mükafatına ən layiqli namizəd hesab edilib
 
Doktorantların  və gənc tədqiqatçıların XV Respublika elmi konfransının yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İxtisasartırma təhsilinin Kurikulum Çərçivəsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Akademik Ramiz Mehdiyevin "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabı qazax dilində çapdan çıxıb
 
Nazirlər Kabineti "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi  təşkilatların Siyahısı"nı təsdiq edib
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tbilisidə xeyriyyə aksiyası keçirilib
 
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"na həsr olunmuş beynəlxalq konfrans
 
Bakı Dövlət Universitetində akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib
 
Azərbaycan Diplomatik Akademiyasında xaricdə təhsil alan fəlsəfə doktorlarının üçüncü illik seminarı
 
Azərbaycanda təhsilə dövlət büdcəsindən ayrılan vəsaitlər və ali təhsildə yeni maliyyələşdirmə mexanizminin  tətbiqi ilə bağlı mövcud vəziyyət
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında kimya fənni üzrə nəticələr barədə
 
Qəbələ rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili
 
"Xaricdə təhsil" sərgisi
 
M.Lomonosov adına MDU-nun Bakı filialında "Müasir riyazi təhsilin problemləri" mövzusunda "dəyirmi masa" keçirilib
 
Versal Akademiyasının əməkdaşları AMİ-nin Qazax filialında olublar
 
"Açıq qapı - İnstitut günü"
 
Şərurun yeni və müasir tipli təhsil ocaqları
 
Akademik Abel Məhərrəmov Koreya Respublikasında səfərdə olub
 
İnformasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbə
 
NDU-da beynəlxalq simpozium
 
Əməkdaşlıq müqaviləsi imzalanıb
 
Kamil alim, ustad müəllim, Vətənə bağlı ziyalı
 
Məktəbdə onlayn "Qaynar xətt" xidməti təşkil etmişik
 
Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların siyahısı
 
Şagirdlər İKT biliklərinə həvəslə yiyələnirlər
 
"Açıq dərs" kurikulumun tələblərinə cavab verdi
 
Ədəbiyyat dərsliklərimiz
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni kurikulumu (V-XI siniflər)
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Sağlam həyat tərzi-sağlam gələcəyə zəmanətdir"
 
Bağçada "Təbiəti qoruyaq" mövzusunda "açıq məşğələ"
 
Öyrədənlər öyrədilir
 
"Birincilərin" hesabat konserti oldu
 
"Vətənin igidləri"
 
Ədəbi-bədii kompozisiya
 
Cəsur təyyarəçi, vətənpərvər gənc
 
Məktəblilərin idman uğurları
 
Dünya universitetləri: Uorvik Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov