Azərbaycan
Dillər Universitetinin Heydər Əliyev adına
muzey-lektoriyasında "Sağlam həyat tərzi-sağlam
gələcəyə zəmanətdir" adlı tədbir keçirildi.
Tədbirdə universitetin tərbiyə işləri üzrə
prorektoru Ələddin Əliyev, Mülki müdafiə
kafedrasının müdiri Sevda Zamanova, respublika
QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad
Mahmudova, "Sağlam Ailə" Tibb Mərkəzinin ictimai
əlaqələr üzrə meneceri Nigar Rüstəmli, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin Ailə problemləri şöbəsinin müdiri
Gülnarə Məmmədova, Regional Psixologiya Mərkəzi
Təlim və Təhsil Departamentinin rəhbəri Murad
İsayev, Narkomaniya və narkotiklərin qanunsuz
dövriyyəsinə qarşı Dövlət Komissiyasının İşçi
qrupunun rəhbər müavini Təvəkkül Həsənov, eləcə
də kafedranın müəllimləri və tələbələr iştirak
edirdilər. Tədbiri giriş sözü ilə açan Ə.Əliyev
bildirdi ki, bu kimi tədbirlər ADU rəhbərliyi
tərəfindən dəstəklənir və tələbələrin sağlam
həyat anlayışının doğru yöndə formalaşmasına
zəmin yaradır.
Tədbirdə D.Mahmudova, G.Məmmədova, N.Rüstəmli,
T.Həsənov və M.İsayev çıxış edərək tüğyan edən
müxtəlif mənşəli infeksion xəstəliklər barədə
söhbət açdılar, narkomaniyanın bəşəri bəlaya
çevrildiyini və bu bəlanın geniş yayılmasında
gənclərin psixoloji, ailə vəziyyətinin, həyat
şəraitinin, sosial durumunun da əhəmiyyətli rol
oynadığını vurğuladılar.
Tədbir qarşılıqlı sual-cavabla sona yetdi.
ADU-nun Mətbuat xidməti |