Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

31 Dekabr 2010 - 51

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Abşeron rayonunun Masazır qəsəbəsində
yeni məktəblə tanış olub, uşaq bağçasının açılışında iştirak edib

Bookmark and Share

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva dekabrın 24-də Abşeron rayonunun Masazır qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblər səviyyəsində inşa olunmuş 3 nömrəli orta məktəbdə yaradılmış şəraitlə tanış olmuş, "Şən yuva" uşaq bağçasının açılışında iştirak etmişdir.

Masazır qəsəbəsinin "Qurtuluş-93" yaşayış kompleksinə gələn Mehriban xanım Əliyevaya məktəblilər gül dəstəsi təqdim etdilər.

Azərbaycanın birinci xanımı əvvəlcə yaşayış kompleksində 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş 3 nömrəli məktəbin binasında yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, 500 şagird yeri olan məktəb zirzəmi ilə birlikdə üçmərtəbəlidir. Burada uşaqların müasir tələblər səviyyəsində təhsil almaları üçün hər cür şərait yaradılmışdır. Birinci mərtəbənin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə diqqət və qayğılarını əks etdirən fotostendlər qurulmuşdur.

Məlumat verildi ki, şagirdlərin təlim-tərbiyəsi və təhsili ilə 45 pedaqoq məşğul olur. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində inşa olunmuş bu təhsil ocağında kompüter, fənn otaqları, ən müasir avadanlıqla təchiz olunmuş laboratoriyalar vardır. Mehriban xanım Əliyeva kimya və fizika fənlərinin tədris olunduğu siniflərə baxdı, məktəblilərin informasiya-kommunikasiya texnologiyalarına yiyələnmələri üçün yaradılmış kompüter otağı ilə tanış oldu.

Bildirildi ki, kompüterlərin hamısının İnternetə çıxışı vardır. Məktəbin binasının qızdırılması üçün fərdi qazanxana quraşdırılmışdır. Ətrafdakı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılmış, müxtəlif ağaclar və gül kolları əkilmişdir.

Mehriban xanım Əliyevaya məlumat verildi ki, məktəbin ərazisində futbol və voleybol meydançaları vardır. Həmin ərazidə Fondun təşəbbüsü ilə beşmərtəbəli idman məktəbi inşa olunur. Gələn il istifadəyə verilməsi planlaşdırılan idman məktəbi bütün qəsəbə üçün nəzərdə tutulmuşdur. İdman məktəbində bir böyük və üç kiçik idman zalı, üzgüçülük hovuzu inşa edilir.

Sonra Heydər Əliyev Fondunun prezidenti "Şən yuva" uşaq bağçasının açılışında iştirak etdi.

Bağça uşaqları Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim etdilər.

Azərbaycanın birinci xanımı uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdikdən sonra burada yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, mansardla birlikdə 3 mərtəbəli binada 120 uşağın təlim-tərbiyəsi üçün hər cür şərait yaradılmışdır. Yaşlarına müvafiq olaraq dörd qrupa bölünmüş uşaqların tərbiyəsi ilə 20 müəllim və tərbiyəçi məşğul olacaqdır. Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində inşa olunan bu müəssisənin tikinti işlərinə ötən il başlanılmış və qısa zamanda başa çatdırılmışdır.

Bağçanın birinci mərtəbəsinin foyesində ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın uşaqlara diqqət və qayğılarını əks etdirən fotoguşələr yaradılmışdır. Burada kiçik yaş qrupu bölməsi, yeməkxana, kitabxana, mətbəx, həkim otağı yerləşir. Uşaq bağçasında 2 yaşından 6 yaşınadək olan uşaqlara təhsilin ilkin mərhələsi ilə yanaşı, rus və ingilis dilləri də tədris ediləcəkdir. Bunun üçün bağça hər cür dərs ləvazimatı ilə təchiz olunmuşdur. Uşaqlara burada rəqs və musiqi də öyrədiləcəkdir. Fondun prezidentinə məlumat verildi ki, bağçada uşaqların asudə vaxtlarının səmərəli təşkili, əylənmələri üçün qış və yay oyun zalları vardır.

Mehriban xanım Əliyeva yeməkxanada və mətbəxdə yaradılmış şəraitlə tanış oldu. Kiçik yaş qrupunda uşaqlarla görüşən Fondun prezidenti onların yataq şəraiti ilə də tanış oldu.

İstiliklə təchizat üçün ayrıca qazanxana tikilmiş, bağçanın ətrafında abadlıq işləri aparılmışdır. Burada uşaqların istirahəti və əylənməsi üçün müxtəlif attraksionlar quraşdırılmışdır.

Görülmüş işlərdən razılığını bildirən Mehriban xanım Əliyeva bağçanın kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzuladı.  

AzərTAc

 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

31 Dekabr 2010 - 51

Dünya azərbaycanlılarına
 
Prezident İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı təqdim olundu
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
N.M.Vəlixanlının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Heydər Əliyev Fondu "Buta" sarayında uşaqlar üçün bayram şənliyi təşkil edib
 
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Abşeron rayonunun Masazır qəsəbəsində  yeni məktəblə tanış olub, uşaq bağçasının açılışında iştirak edib
 
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində əsaslı təmir və  yenidənqurma işlərindən sonra istifadəyə verilən 7 nömrəli uşaq internat evi ilə tanış olub
 
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada və ölkənin 13 regionunda xeyriyyə aksiyaları keçirib
 
"Azərbaycan haqqında nə bilirəm?" müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bir yaşını qeyd edib
 
VIII Respublika müsabiqəsinə yekun vuruldu
 
Ali məktəb tələbələri arasında XV Respublika fənn olimpiadası qalibləri mükafatlandırıldı
 
Dekabrın 25-də Təhsil Nazirliyində  Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının İdarə Heyətinin üzvləri və bu təşkilatda fəallıq göstərən bir qrup təhsil işçiləri ilə görüş keçirildi
 
Yeni il təbrikləri
 
Dünya xalqları Yeni ili necə qarşılayırlar?
 
İki özəl ali məktəbin fəaliyyətinə verilmiş lisenziyanın müddəti uzadıldı
 
Müasir texnologiyaların təqdimatı
 
Məktəbin 30 illiyi qeyd edildi
 
Ümumtəhsil fənləri tədrisinin ekoloji aspektləri
 
Milli həmrəyliyimiz milli fəxarətimizdir
 
Yaponiyanın Doşişa Universitetinin professoru ADU-da olub
 
"Azərbaycan, doğma Vətənim mənim!"
 
Böyük həyatın səhifələri
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında biologiya fənni üzrə nəticələr barədə
 
Qobustan rayonunun ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili
 
Elmi-praktik konfrans
 
Sağlam cəmiyyətdə sağlam həyat tərzi
 
"Ekologiya ilinə töhfəmiz"
 
Əhəmiyyətli tədris vəsaiti: "Ekoloji atlas"
 
Məktəbdə yazıçı ilə görüş
 
"Ekologiya məktəblilərin gözü ilə"
 
Qarşılıqlı dərs dinləmə ənənə halını alıb
 
Şagirdlər kompüter biliklərinə həvəslə yiyələnirlər
 
"Açıq dərs" maraqla qarşılandı
 
Təbiəti qoruyaq
 
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
 
2011-ci ildə təhsilimi Almaniyada davam etdirmək istəyirəm
 
Təhsil müəssisələrində bayram tədbirləri keçirildi
 
Yolka ağacı - Yeni ilin atributu
 
Elmini əməllərdə göstərən alim
 
Müsabiqənin qalibi olmaq böyük şərəfdir
 
Uğur və zirvə ili
 
Pedaqoji kollektivin sevinci
 
Balacaların bayram şənliyi
 
İxtiralar, ilk addımlar
 
İlin ən yaxşı şahmatçısı
 
Dünya universitetləri: Alberta Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov