
Elm və Təhsil Nazirliyi və Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzi tərəfindən cari ilin iyun və sentyabr aylarında keçirilən təlimlər nəticəsində 1300-dən çox müəllim beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, imtahan istiqamətləri:
🔹 Microsoft Sertifikatlı Pedaqoq (MCE)
🔹 ICDL Kompüter və Onlayn Əsaslar
🔹 ICDL Komanda İşi
İmtahanlar Azərbaycan dilinə tam tərcümə edilərək 2100-dən çox müəllimin iştirakı ilə həyata keçirilib.
İmtahanlar ITE-nin Certiport və ICDL lisenziyalı mərkəzləri tərəfindən Bakı və 24 regionda təşkil olunub.
Ən çox beynəlxalq sertifikatlı müəllimi olan bölgələr: Bakı, Neftçala, Xızı, Ağdaş, Cəlilabad və Quba.
Bu, sadəcə sertifikat deyil — müəllimlərin rəqəmsal bacarıqlarının tanınması, tədrisdə müasir texnologiyalardan məqsədyönlü istifadə və qlobal təhsil standartlarına inteqrasiya istiqamətində mühüm addımdır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər