
Azərbaycanda müəllimlərin ən çox qeyd etdikləri stres mənbələri bunlardır: şagird nailiyyətlərinə görə məsuliyyət daşımaq (38%), sinifdə nizam-intizamı qorumaq (38%) və məktəbdə tədris proqramı və ya kurikulumdakı dəyişikliklərə uyğunlaşmaq (32%).
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən açıqlanmış TALIS 2024 (Teaching and Learning International Survey) hesabatının Azərbaycana aid hissəsində qeyd olunur.
Müəllimlərin 59%-i təsadüfi seçilmiş sinifdə aşağıdakı kateqoriyalardan ən azı birində (davranış pozuntusu olan şagirdlər, tədris dilini anlamaqda çətinlik çəkən şagirdlər, xüsusi təhsil ehtiyaclı şagirdlər) şagirdlərin payının 1%-dən çox olduğunu bildirir (OECD üzrə ortalama – 77%). Yeni müəllimlər bu cür müxtəlif şagird tərkibli siniflərdə işləmək baxımından təcrübəlilərlə eyni səviyyədədir.
Müəllimlərin 8%-i dərslərin şagirdlərin müdaxiləsi səbəbindən xeyli vaxt itirdiyini bildirir (OECD üzrə ortalama – 18%) və dərs vaxtının 18%-ni sinifdə nizam-intizamı təmin etməyə sərf etdiklərini deyirlər (OECD üzrə ortalama – 15%).
Müəllimlərin 4%-i iş zamanı “çox” stres yaşadıqlarını bildirir (OECD üzrə ortalama – 19%). 5% işlərinin onların zehni sağlamlığına “çox” mənfi təsir etdiyini bildirir (OECD ortalaması – 10%). 5% isə fiziki sağlamlıqlarına “çox” mənfi təsir etdiyini deyir (OECD ortalaması – 8%).
30 yaşdan aşağı müəllimlər 50 yaşdan yuxarı həmkarlarına nisbətən daha çox stres keçirdiklərini bildirirlər.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər