
İsveç Kral Elmlər Akademiyası Alfred Nobelin xatirəsinə iqtisadi elmlər sahəsində Sveriges Riksbank adına mükafatın verilməsi haqqında qərar qəbul edib.
“Azərbaycan müəllimi” xəbər verir ki, 2025-ci il üzrə iqtisadiyyat sahəsində Nobel mükafatı Filipp Aqhion (Fransa) və Piter Hauttinə (Kanada) “İnnovasiyaya əsaslanan iqtisadi artımı izah etdiklərinə”, yarısının isə Joel Mokirinə (ABŞ) “texnoloji tərəqqi yolu ilə davamlı böyümənin ilkin şərtlərini müəyyən etdiyinə görə” verilməsinə qərar verilib.
Nobel Komitəsi bildirib ki, Mokir davamlı böyümənin yeni normal halına gəlməsinin səbəblərini açmaq üçün bir vasitə kimi tarixi mənbələrdən istifadə edib. Aqhion və Hauttin davamlı böyümənin arxasında duran mexanizmləri də araşdırıblar.
Komitənin press-relizində qeyd olunur ki, alimlər yeni texnologiyaların davamlı böyüməyə necə kömək edə biləcəyini göstəriblər. "Son iki əsrdə, tarixdə ilk dəfə olaraq, dünya davamlı iqtisadi artımın şahidi oldu. Bu, çox sayda insanın yoxsulluqdan çıxmasına kömək etdi və rifahımızın əsasını qoydu. Builki İqtisadiyyat mükafatı laureatları innovasiyanın gələcək tərəqqiyə necə təkan verdiyini izah edirlər", - məlumatda deyilir.
Qeyd edək ki, 2025-ci ilin laureatlarına mükafatların təqdimolunma mərasimi dekabrın 10-da Alfred Nobelin doğum günündə Oslo və Stokholmda keçiriləcək.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər