
Oktyabrın 10–11-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Beynəlxalq Təhsil sərgisi keçirilib. Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) sərgidə fəal iştirak edərək ziyarətçilərin diqqətini cəlb edib.
“Azərbaycan müəllimi” xəbər verir ki, universiteti tədbirdə İctimaiyyətlə Əlaqələr və Marketinq Mərkəzinin direktoru İsa Muradov və Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı dosent Gülnarə Əsgərəlizadə təmsil ediblər. Onlar sərgi çərçivəsində özbəkistanlı abituriyent və tələbələrlə görüşərək universitetin təhsil imkanları, qəbul prosesi, ixtisaslar, tələbə həyatı və təqaüd proqramları barədə ətraflı məlumat veriblər.
Sərgi zamanı AzMİU-nun təqdim etdiyi buklet və broşürlər vasitəsilə ziyarətçilərə geniş informasiya çatdırılıb. Memarlıq, dizayn, inşaat mühəndisliyi, şəhərsalma və ekologiya mühəndisliyi sahələrinə maraq göstərən abituriyentlər universitetin akademik proqramları və beynəlxalq əməkdaşlıq imkanları ilə yaxından tanış olublar və suallarını nümayəndələrə ünvanlayıblar.
Bundan əlavə AzMİU əməkdaşları sərgi zamanı digər ölkələrin ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşərək gələcək əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını müzakirə ediblər. Ziyarətçilər universitet stendinin yüksək səviyyədə təşkil olunmasını və təqdim olunan materialların faydalılığını xüsusi vurğulayıblar.
AzMİU-nun sərgidə iştirakı universitetin beynəlxalq arenada tanıdılması, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və xarici tələbələrin cəlb olunması baxımından böyük əhəmiyyət daşıyır.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər