
Qlikokimya sahəsində mannoz qlikozidasiya reaksiyasının mexanizmi ilə bağlı 2000-ci illərdən bəri davam edən elmi mübahisəyə eksperimental tədqiqatla son qoyulub.
“Azərbaycan müəllimi” xəbər verir ki, ABŞ-nin Corciya Universitetinin Kompleks Karbohidrat Araşdırmaları Mərkəzi (CCRC) və Farmasevtik və Biotibbi Elmlər Departamentinin (PBS) tədqiqatçısı, azərbaycanlı alim, kimya üzrə fəlsəfə doktoru dr. Şuay Abdullayevin də daxil olduğu beynəlxalq elmi qrupun məqaləsi nüfuzlu “Journal of Organic Chemistry (JOC)” jurnalında dərc olunub.
Qeyd edək ki, Şuay Abdullayev karbohidratlar kimyasında adına reaksiya verilmiş (Crich β-mannosylation), bu sahənin “yaşayan əfsanəsi” hesab olunan professor dr. Devid Kriç ilə birgə çalışır.
Tədqiqat göstərib ki, niderland və alman alimləri tərəfindən illərdir müdafiə edilən mexanizm hipotezi real eksperimental şəraitdə öz təsdiqini tapmayıb. Araşdırma həmçinin reaksiyanın mexanizmində hidrogen rabitəsinin mühüm rol oynaya biləcəyini göstərib.
Beləliklə, elmi ictimaiyyətdə uzun illər müzakirə olunan “remote participation” anlayışının bu reaksiyada rol oynamadığı müəyyənləşdirilib və sahədəki nəzəri fikir ayrılığına elmi əsaslarla nöqtə qoyulub.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər