Bütün xəbərlər
13 oktyabr, 13:17

Oktyabrın 13-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərlik etdiyi altı nəfərlik nümayəndə heyəti Türkiyə Cümhuriyyətinə səfəri çərçivəsində İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetinin (DEU) rektoru, professor Dr. Bayram Yılmaz ilə görüşüb.

“Azərbaycan müəllimi” xəbər verir ki, görüş zamanı professor B.Yılmaz MDU kollektivini DEU-da görməkdən məmnunluğunu bildirib, iki qardaş ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin güclənməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan və Türkiyə universitetləri arasında qurulan strateji tərəfdaşlıq həm elmi, həm də mədəni inteqrasiyaya töhfə verir. Ortaq dəyərlər üzərində qurulmuş əməkdaşlığın təhsil birliyini daha da gücləndirəcəyini diqqətə çatdıran rektor birgə layihələrin hər iki ölkənin ali təhsil sisteminin inkişafına mühüm faydalar verəcəyinə əminliyini bildirib.

Göstərilən diqqət və xoş sözlərə görə təşəkkürünü bildirən rektor Anar Eminov MDU-nun beynəlxalq əməkdaşlıq siyasətində Türkiyə universitetləri ilə tərəfdaşlığın xüsusi yer tutduğunu qeyd edib. Əməkdaşlığın qurulmasında məqsədin tələbə və müəllim mübadiləsini genişləndirmək, ortaq elmi tədqiqatların dəstəklənməsi və birgə layihələrin icrası olduğunu bildirən A. Eminov imzalanan Memorandumun yalnız bir sənəd deyil, gələcəyə uzanan bir körpü kimi qiymətləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Qurulan yeni əməkdaşlığın təfərrüatlarının müzakirəsi ilə davam edən görüşün sonunda MDU-nun rektoru A. Eminov və DEU-nun rektoru B. Yılmaz iki universitetin qarşılıqlı əməkdaşlığı istiqamətində olan Memorandumu imzalayıblar.

Memoranduma əsasən, tərəflər ikili diplom proqramlarını icra edəcək, təhsil və elmi-tədqiqat sahələrində birgə fəaliyyət göstərəcək, ortaq elmi layihələr, beynəlxalq konfranslar və seminarlar təşkil edəcək, eləcə də müəllim, tədqiqatçı və tələbə mübadiləsini həyata keçirəcəklər. Həmçinin tərəflər qarşılıqlı şəkildə qonaq müəllim və tələbə qəbulu, ortaq magistratura səviyyəsi üzrə proqramlarının təşkili, innovativ idarəetmə və tədris təcrübələrinin paylaşılması, birgə elmi nəşrlərin və tədqiqat nəticələrinin mübadiləsi, ekoloji yönümlü layihələrdə və davamlı inkişaf təşəbbüslərində əməkdaşlıq, habelə ortaq təlim və kursların təşkili kimi fəaliyyətlərdə iştirak edəcəklər.

Qeyd edək ki, bu əməkdaşlıqla Mingəçevir Dövlət Universiteti beynəlxalq tərəfdaşlıq xəritəsini daha da genişləndirərək Azərbaycan–Türkiyə təhsil əlaqələrində yeni bir mərhələyə imza atmış olur.

1 /3

Şərhlər

Xəbər lenti

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

13 oktyabr, 12:10

Naxçıvanda Çin ilə əməkdaşlıq çərçivəsində data mərkəzi açılacaq

13 oktyabr, 11:40

Azərbaycan müəllimləri süni intellektdən istifadəyə görə OECD ölkələrini qabaqlayırlar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.