Bütün xəbərlər
13 oktyabr, 12:44

Oktyabrın 10-da “BP Azərbaycan” şirkəti tərəfindən yaşıl enerji istiqamətli ixtisaslar üzrə peşə təhsil mərkəzində təhsilverənlərin praktiki və nəzəri biliklərinin təkmilləşdirilməsi üçün təlim təşkil olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, təlim Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Peşə Təhsili üzrə Dövlət Agentliyi və “BP Azərbaycan” şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilib. Təlim proqramı “Alternativ enerji və qurğu avadanlıqlarının istismarı” və “Günəş panelləri quraşdırıcısı və təmirçisi” ixtisaslarını əhatə edib.

Alternativ enerji sahəsində fəaliyyət göstərən peşəkar təcrübəyə malik mütəxəssislər tərəfindən təhsilverənlərə alternativ enerji panellərinin texniki xüsusiyyətləri, düzgün quraşdırılma metodları, texniki baxım qaydaları və bu istiqamətdə tətbiq olunan müasir yanaşmalar barədə məlumat verilib.

Təlimin əsas məqsədi iştirakçıların alternativ enerji sistemləri sahəsində nəzəri biliklərini möhkəmləndirmək və günəş panellərinin quraşdırılması, istismarı və texniki xidməti üzrə praktik bacarıqlarını artırmaq olub.

Təlim iştirakçıları mərkəzin “Bərpa olunan enerji qurğu və avadanlıqlarının istismarı” emalatxanasında nəzəri biliklərlə yanaşı, praktiki məşğələlərdə də iştirak ediblər. 

Qeyd edək ki, bu emalatxana 30 iyul 2025-ci il tarixində istifadəyə verilib və alternativ enerji üçün qurğu və avadanlıqlarla işləmək üçün müasir tədris şəraiti təmin edir.

Şərhlər

Xəbər lenti

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

13 oktyabr, 12:10

Naxçıvanda Çin ilə əməkdaşlıq çərçivəsində data mərkəzi açılacaq

13 oktyabr, 11:40

Azərbaycan müəllimləri süni intellektdən istifadəyə görə OECD ölkələrini qabaqlayırlar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.