Bütün xəbərlər
11 aprel, 12:00

Nəzrin Məmmədova hələ məktəblidir, amma nəticələri və məqsədləri ilə artıq fərqlənməyi bacarıb. Bu il martın 2-də keçirilmiş buraxılış imtahanında maksimum bal toplayan Nəzrin təkcə məktəbin deyil, bütövlükdə rayonun fəxrinə çevrilib.

“Azərbaycan müəllimi” qəzeti Şəmkir rayonu Kür qəsəbə H.Z.Tağıyev adına tam orta məktəbinin şagirdi Nəzrinin təəssüratlarını dinləyib.

Bir sinif, iki bacı, bir məqsəd

Nəzrinin təhsil həyatı adi bir məktəbli hekayəsi deyil. O, böyük bacısı Nurayla eyni sinifdə oxuyur. Valideynləri hər iki bacının birlikdə böyüməsi və eyni təhsil mühitində inkişaf etməsi üçün Nəzrini məktəb yaşından əvvəl – cəmi 5 yaşında imtahanla məktəbə yazdırıblar.

Hazırda hər iki bacı Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ixtisasına qəbul olmaq üçün hazırlaşır. Bacısı Nuray Məmmədova da buraxılış imtahanında 247 bal toplayaraq məktəbin üçüncüsü olub. Bu nəticələr ailədə təhsilin nə qədər önəmli yer tutduğunu açıq şəkildə göstərir.

Əzmkarlıq və intizam – nəticənin sirri

Uşaqlıqdan fərqliliyi ilə seçilən Nəzrin 9-cu sinif buraxılış imtahanlarında da yüksək nəticə göstərərək qırmızı attestata layiq görülüb: 

“Məncə, yüksək nəticə həm zəkanın, həm də əzmkarlığın göstəricisidir. Amma əzmkarlığın rolu daha böyükdür”.

Nəzrin biliklərini testlərlə möhkəmləndirir, hər bir mövzunu mükəmməl şəkildə öyrənməyə çalışır. Ən çox diqqət ayırdığı fənn isə riyaziyyatdır. Onun fikrincə, bu fənn insana həm düşünməyi, həm də problemi həll etməyi öyrədir. Nəzrin imtahana hazırlıqda sınaq testlərini ən effektiv metod hesab edir:

“Məni ən çox sınaq imtahanlarında yüksək bal toplamağım motivasiya edib. Düşünürəm ki, testlər imtahana hazırlaşmaq üçün olduqca effektlidir”.

Gələcəyini Azərbaycan Tibb Universitetində görən Nəzrin özünü arzusuna çatmaq üçün də tam hazır hesab edir: “Özümü gələcəkdə savadlı və faydalı bir həkim kimi görürəm”.

Sosial şəbəkələrdən uzaq, kitablara yaxın

Gənclərin əksəriyyəti vaxtlarının çoxunu sosial şəbəkələrdə keçirdiyi halda Nəzrin və Nuray tam fərqli yol seçiblər. Onlar sosial şəbəkələrdən istifadə etmirlər, əvəzində vaxtlarını planlı şəkildə dərsə və öyrəndiklərinin təkrarına ayırırlar.

“Vaxtımızı düzgün bölməliyik. Bilmədiyimiz və ya zəif bildiyimiz mövzular üzərində daha çox dayanmalıyıq”, – deyə bacılar bildirir.

Anadan güc, atadan ilham

Bu uğurun arxasında yalnız Nəzrin və Nurayın əzmkarlığı deyil, ailənin sarsılmaz dəstəyi də dayanır. Anası Ülviyyə Məmmədova deyir:

“Qızlarımı ev işlərinə cəlb etmirəm. Düzü, heç vaxt onlara “niyə oxumursunuz?” da deməmişəm. Saatlarla oxuyurlar. Kitabdan başqa heç nəyə vaxt ayırmayıblar. Qonaqlıqlara getməyiblər, evdə internetimiz də olmayıb”.

Ülviyyə xanım əlavə edir ki, övladları həmişə məqsədyönlü olublar. Qızlarının həkim olmaq istəyi isə atalarından gəlir:

“Ataları uşaq vaxtlarından onların tibb sahəsinə yönəlməsini istəyirdi. Onlar da bu arzunu illərlə ürəklərində daşıyıblar”.

Şagirdlərə tövsiyəsi

Nəzrin uğurlu gənc olaraq təcrübəsini həmyaşları ilə bölüşməyi də unutmur:

“Çox çalışsınlar, vaxtlarını düzgün bölsünlər və sosial şəbəkələrdən, yayındırıcı faktorlardan uzaq dursunlar. Məncə, maksimum bal toplayan hər bir şagird əzmkar olmalı, çox çalışmalı və hər şeyi mükəmməl öyrənməlidir”.

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.