
Oktyabrın 14-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının növbəti konfransı ərəfəsində Azərbaycan Rəssamlıq Akademiyası və “Eight Marketing&Management Company”nin təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə “Yaşıl dünya naminə həmrəylik” adlı sərgi keçirilib.
Akademiyadan “Azərbaycan müəllimi”nə bildirilib ki, sərgidə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev, akademiyanın beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı, professor Salxab Məmmədov, Xalq rəssamı, akademik Ömər Eldarov, sərginin təşkilində əməyi keçən akademiyanın məzunu Leyla Əzimbəyova çıxış ediblər.
Qeyd edək ki, bu ilin əvvəlində Azərbaycan Rəssamlıq Akademiyasının keçirdiyi müsabiqə nəticəsində tələbələr 100-dən çox rəsm əsəri təqdim ediblər.
Akademiyanın rektoru, “Eight Marketing&Management Company”nin nümayəndələri və Rəssamlıq Akademiyasının professor-müəllimlərinin daxil olduğu münsiflər heyəti tərəfindən müsabiqə əsasında təqdim olunmuş işlərin ümumi sayından 33 rəsm əsəri seçilib.
Sərgi salonunda Azərbaycan Rəssamlıq Akademiyasının 21 tələbəsinin 33 rəsm əsəri nümayiş olunub.
Müsabiqənin qalibləri müəyyənləşib:
I yer - Sevinc Gəncəliyeva;
II yer - Banu Çiçək Əhmədzadə;
III yer - Fatimə Əliyeva;
7 iştirakçı isə həvəsləndirici yeri tutub. Qaliblər pul mükafatı, diplom və hədiyyələrlə təltif ilə təltif ediliblər. Əlavə yeddi iştirakçıya həvəsləndirici pul mükafatı veridi. Bütün iştirakçılara diplomlar təqdim olundu.
Oktyabrın 14-dən 17-dək paytaxtdakı “QGallery”də keçirilən sərginin məqsədi sənət dili ilə tamaşaçının diqqətini təbiətə müdaxilənin acı aqibətinə və ekologiyanın təbiətdən asılılığına yönəltməklə, ətraf aləmdə baş verən dəyişikliklərdə hər kəsin məsuliyyətinin olduğunu bəyan etməkdir.
1 /7
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər