Bütün xəbərlər
29 aprel, 12:51

Aprelin 26-da Amerika Birləşmiş Ştatlarının Viskonsin-Madison Universitetində təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə yaradılmış Azərbaycan Tələbə Assosiasiyası (AZSA) tərəfindən "Mədəniyyətlərarası körpü: Azərbaycandan Amerikaya" adlı tədbir təşkil olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycanın zəngin mədəni irsini, adət-ənənələrini və milli dəyərlərini geniş auditoriyaya tanıtmaq və müxtəlif mədəniyyətlər arasında körpü yaratmaq olub. Tədbirdə universitetin professor-müəllim heyəti, Viskonsin və İllinoys ştatlarında yaşayan Azərbaycan icmasının üzvləri də daxil olmaqla, 100-dən çox iştirakçı bir araya gəlib. Qonaqlar Azərbaycan musiqisi, rəqsləri və sənət nümunələri ilə tanış olub, maarifləndirici videolar izləyiblər.

Tədbirin açılış nitqini edən AZSA-nın rəhbəri İbrahim Əhmədli, Viskonsin ştatında Azərbaycanın təmsil olunmasının əhəmiyyətindən danışıb və tələbə birliyinin bu istiqamətdə gördüyü işləri diqqətə çatdırıb.

Daha sonra AZSA-nın nümayəndəsi Eltac Sadıqova müsahibəsində belə tədbirlərin Azərbaycan ruhunu dünyaya tanıtmaq baxımından önəmli olduğunu vurğulayıb və gələcəkdə də oxşar layihələrin həyata keçirilməsinin planlaşdırıldığını bildirib.

Tədbirdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Zaur Salmanov da çıxış edərək komitənin xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və mədəniyyətimizin tanıdılması istiqamətində gördüyü işlər haqqında geniş məlumat verib.

Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyinin nümayəndəsi Toğrul Əliyev də tədbirdə iştirak edərək, Azərbaycan mədəniyyətinin tanıdılması və bu cür təşəbbüslərin ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfədən danışıb.

Tədbir çərçivəsində təşkil edilən xüsusi Azərbaycan guşəsi də iştirakçıların böyük marağına səbəb olub. Guşədə milli geyimlər, sənət nümunələri, suvenirlər və Azərbaycanın zəngin mədəniyyəti haqqında məlumatlar nümayiş etdirilib.

Proqramın xüsusi məqamlarından biri də AZSA üzvlərinin Üzeyir Hacıbəyovun "Arşın Mal Alan" operettasından bir səhnəni ingilis dilində səhnələşdirərək təqdim etməsi olub. Bu təqdimat qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Həmçinin iştirakçılar üçün interaktiv oyunlar da təşkil olunaraq tədbirə əlavə rəng qatılıb.

Tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb, Azərbaycan mədəniyyətinin zənginliyi və müxtəlifliyi bir daha nümayiş etdirilib.

1 /8

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.