
Mayın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Tələbə Gənclər Təşkilatı (TGT) və AIESEC Azərbaycanın ortaq təşkilatçılığı ilə “Liderlik nədir? - müasir baxış” mövzusunda təlim keçirilib.
ADNSU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə AIESEC Azərbaycanın Marketinq və İctimaiyyətlə Əlaqələr üzrə lokal komitə sədri Murad Zakirli və “İTalk Academy”nin icraçı direktoru Gülnar Əliyeva liderliyin müasir cəmiyyətdə rolu, effektiv komanda idarəçiliyi, strateji düşüncə, qərarvermə prosesləri və şəxsi inkişaf istiqamətində geniş təqdimatla çıxış ediblər. İnteraktiv formatda keçən təlimdə iştirakçılarla qrup müzakirələri, sual-cavab sessiyaları və praktiki tapşırıqlar həyata keçirilib.
Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd tələbələr arasında müasir liderlik anlayışının təbliği, onların şəxsi və peşəkar inkişafına təkan verəcək bilik və bacarıqların formalaşdırılması, eləcə də gənclərin təşəbbüskarlığının və sosial məsuliyyət hissinin gücləndirilməsi olub.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər