
Ağsu rayonunun Cəlayir kənd tam orta məktəbinin X sinif şagirdi Səfdər Məmmədzadə “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirində ölkə çempionu adına layiq görülüb.
“Azərbaycan müəllimi” xəbər verir ki, +80 kq çəki dərəcəsində çıxış edən gənc boksçu turnirdə favorit hesab olunan bir neçə rəqibini nokautla məğlub edərək yarışın ən yaddaqalan iştirakçılarından biri olub. Səfdər Məmmədzadə həm də turnirin “Ən yaxşı boksçusu” adına layiq görülüb.
Onun bu uğuru yalnız şəxsi nailiyyət deyil, həm də Ağsu rayonunun və ümumilikdə Azərbaycan boksunun mühüm qələbəsi kimi qiymətləndirilir.
Qeyd edək ki, 16-21 may 2025-ci il tarixlərində Bakıdakı Boks Mərkəzində keçirilən turnir Azərbaycan Boks Federasiyasının təşkilatçılığı ilə baş tutub. Yarışa 8 ölkədən 216 yeniyetmə boksçu qatılıb. Oğlanlar arasında 14, qızlar arasında isə 9 çəki dərəcəsində qaliblər müəyyənləşib.
Azərbaycan millisinin uğurlu çıxışı nəticəsində ölkəmiz turniri 35 medalla başa vurub. Baş məşqçi Vaqif Kazımovun rəhbərlik etdiyi komandada Əli Ruşanov (44 kq), Əli Əliyev (48 kq), Şahin Aslanov (60 kq) və Səfdər Məmmədzadə (+80 kq) çempion tituluna yiyələniblər. Həsən Sərhədli (44 kq) və İbrahim Bədəlli (54 kq) isə gümüş medal qazanıblar.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər