
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) informasiya təhlükəsizliyi şirkətlərindən biri olan “Prosol” ilə kibertəhlükəsizlik tədrisinin inkişafı istiqamətində görüş keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnformasiya və kommunikasiya texnologiyaları mərkəzinin direktoru Sərxan Talıbzadə, Tədrisin rəqəmsallaşdırılması şöbəsinin müdiri Aynur Dərişova və “Prosol” şirkətinin İnformasiya təhlükəsizliyi departamentinin rəhbəri Alıxəyyam Quluzadə iştirak ediblər.
AzMİU tələbələrinin kibertəhlükəsizlik sahəsində peşəkar bacarıqlarının inkişaf etdirilməsi məqsədilə tərəflər arasında əməkdaşlıq imkanları müzakirə olunub. Görüşdə növbəti semestrdən etibarən kibertəhlükəsizlik dərslərinin daha funksional və interaktiv şəkildə təşkili üçün virtual laboratoriyaların tətbiqi təşəbbüsü irəli sürülüb.
Bildirilib ki, tələbələrin real iş mühitinə yaxın təcrübə əldə etməsinə imkan verəcək bu laboratoriyalar, həm nəzəri biliklərin praktik tətbiqini təmin edəcək, həm də sahəyə maraq göstərən gənclərə əlavə öyrənmə mühiti yaradacaq. Virtual laboratoriyalar vasitəsilə tələbələr təhlükəsizlik senariləri, hücum və müdafiə texnikaları, eləcə də müasir kibertəhlükəsizlik alətləri ilə interaktiv şəkildə tanış ola biləcəklər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər