
Qarabağ Universitetinin rektoru Şahin Bayramov “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin və Bakı şəhəri üzrə Respublika fənn olimpiadasının qalibləri ilə görüşüb.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, Bakı şəhəri Səbail rayon 189-190 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva və Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Qədiməliyev iştirak ediblər.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov görüşdə gənc alimlər və olimpiada qaliblərinə Universitetin təklif etdiyi təhsil imkanları və elmi-tədqiqat istiqamətləri haqqında ətraflı məlumat verib. Rektor çıxışında universitetin tədris prosesinin keyfiyyətinə verdiyi önəmi vurğulayaraq gənclərin elm və təhsilə olan marağını artırmağın vacibliyini qeyd edib. Ş.Bayramov Qarabağ Universitetinin akademik mühitinin və tədqiqat imkanlarının gənc alimlər üçün əvəzsiz bir platforma olduğunu diqqətə çatdırıb.
Görüşdə gənc alimlər və olimpiada qalibləri ilə Qarabağ Universitetinə olan maraqları, eyni zamanda gələcək planları barədə fikir mübadiləsi aparılıb.
1 /6
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər