Bütün xəbərlər
22 may, 18:55

Mayın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Nəsimi Rayon Polis İdarəsi ilə birgə gənclərin sağlam həyat tərzinə həsr olunmuş maarifləndirici görüş keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, tədbirin əsas məqsədi tələbələr arasında sağlam həyat tərzinin təşviqi, zərərli vərdişlərə qarşı maarifləndirmənin gücləndirilməsi və gənclərin bu sahədə fəallığının artırılması olub.

Tədbirdə Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayev və idarənin əməkdaşları, ADNSU-nun ümumi işlər üzrə prorektoru Elnur İsmayılov, fakültə dekanları və tələbələr iştirak ediblər.

Prorektor Elnur İsmayılov tədbiri açaraq çıxışında görüşün əhəmiyyətindən bəhs edib. O bildirib ki, ölkəmizdə gənclərin sağlam və layiqli vətəndaş kimi formalaşması, keyfiyyətli təhsil alması daim dövlətin diqqət mərkəzindədir. Bu istiqamətdə bir sıra dövlət proqramlarının həyata keçirildiyini qeyd edən prorektor vətəndaşların təhlükəsiz şəraitdə yaşaması və xüsusilə gənclərin zərərli vərdişlərdən qorunmasında polis orqanlarının mühüm rol oynadığını vurğulayıb.

Tədbirdə çıxış edən Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayev zərərli vərdişlərdən, xüsusilə narkomaniyadan uzaq durmağın vacibliyini diqqətə çatdırıb. O, mövzu ilə bağlı təqdimatla çıxış edərək dövriyyədən çıxarılan narkotik vasitələr, narkomaniyanın qarşısının alınması sahəsində görülən tədbirlər və aktual statistik göstəricilər barədə məlumat verib. Gəncləri ayıq-sayıq olmağa çağıran Vüqar Ağayev sağlam həyat tərzinin fərdi və ictimai rifah üçün vacibliyini vurğulayıb.

Görüş zamanı tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. 

Şərhlər

Xəbər lenti

22 may, 22:05

MDU-da regionun ilk beynəlxalq IT təlim mərkəzi istifadəyə verilib

22 may, 18:17

Ağsu məktəblisi ölkə çempionu oldu 

22 may, 18:10

“Sən də bacararsan!” – Liderlik qabiliyyətini sübut edən 10 qalib

22 may, 18:01

Qarabağ Universitetinin rektoru “Sabahın alimləri” və RFO-nun qalibləri ilə görüşüb

22 may, 17:56

ADNSU-da “Liderlik nədir? - müasir baxış” mövzusunda təlim keçirilib

22 may, 17:47

“Kreativ düşüncə tərzini necə formalaşdırmalı?” mövzusunda infosessiya keçirilib

22 may, 17:44

ADMİU H-indeks göstəricilərində üç pillə irəliləyib

22 may, 17:39

Məcburi köçkünlər peşə təhsili təlimlərinə təşviq edilirlər

22 may, 17:38

İkili diplom proqramları çərçivəsində Rəhbər Komitə üzvləri ABŞ-də olublar

22 may, 17:10

AzMİU və “Prosol” şirkəti kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayacaq 

22 may, 16:50

Lənkəranda əmək yarmarkası keçiriləcək

22 may, 16:45

“Son zəng” ölkələrdə necə keçirilir? - Dünya təcrübəsi

22 may, 15:50

BMU-da “CareerFest BEU 2025” karyera festivalı keçirilib

22 may, 15:32

Naxçıvanda müəllimlərin işə qəbulu üzrə dəstək mərkəzləri yaradılıb

22 may, 15:15

Baş Dövlət Yol Polisi İdarəsindən valideynlərə daha bir müraciət

22 may, 15:00

Özbəkistanın Kokand Dövlət Universitetində Azərbaycan dili tədris olunacaq

22 may, 14:51

Stereotipləri qıran ibtidai sinif müəllimi: “Şadam ki, valideynlərin güvənini qazanmışam”

22 may, 14:50

Erkən nikah hallarının qarşısının alınması ilə bağlı tədbir keçirilib

22 may, 14:32

Deputat: Gələcək nəsillərə sağlam dəyərlərin ötürülməsi üçün səylərimizi artırmalıyıq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.