Bütün xəbərlər
29 sentyabr, 17:23

Sentybarın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2025-2026-cı tədris ili üzrə doktorantura səviyyəsinə qəbul prosesində uğurlu nəticə göstərərək ADPU-ya qəbul olunmuş şəxslər və əvvəlki illərin doktorantları ilə görüş keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, Magistratura və doktorantura şöbəsinin müdiri Rəşad Sadıqov və doktorantlar iştirak ediblər. Görüşün əsas məqsədi doktorantların elmi fəaliyyətə adaptasiyası, universitetdə mövcud imkanlar, elmi rəhbərlik və beynəlxalq əməkdaşlıq istiqamətlərində onları daha ətraflı məlumatlandırmaq olub.

Görüşü giriş sözü ilə açan ADPU-nun rektoru professor Cəfər Cəfərov yeni qəbul olunmuş doktorantlara təbriklərini çatdırıb və onlara tədris və elmi araşdırmalarında uğurlar arzulayıb. Rektor qeyd edib ki, cari ilin may ayından etibarən start götürmüş doktoranturaya sənəd qəbulu prosesinin yekununda 36 nəfər xarici dil imtahanlarına buraxılıb. Xarici dil imtahanlarında iştirak edənlərdən 16 nəfəri uğurlu nəticə göstərərək fəlsəfə fənni üzrə imtahanlarda iştirak hüququ qazanıb. Onlardan 13-ü bu imtahanları uğurla keçərək ixtisas fənlərindən imtahana buraxılıb, yekunda 10 nəfər ADPU-nun doktorantura səviyyəsinə qəbul olunub. Professor Cəfər Cəfərov universitetin son illər elmi-tədqiqat sahəsində əldə etdiyi nailiyyətlərdən danışaraq qeyd edib ki, doktorantura mərhələsi gənc alimlərin professional inkişafında əsas pillələrdən biridir. Rektor əlavə edib ki, elmi araşdırmaların keyfiyyətli və beynəlxalq standartlara uyğun şəkildə aparılması üçün universitetdə geniş imkanlar yaradılıb: müasir laboratoriyalar, zəngin elmi kitabxana, elektron resurslar və beynəlxalq layihələrdə iştirak imkanı, tədris proqramlarının müasirləşdirilməsi, yeni ixtisasların formalaşdırılması bu addımlar sırasındadır. Rektor vurğulayıb ki, gənc alimlər yalnız universitet daxilində deyil, ölkə və beynəlxalq elmi mühitdə də özlərini tanıtmağa çalışmalıdırlar. Bu məqsədlə nüfuzlu jurnallarda məqalə dərc etdirmək, beynəlxalq konfranslarda çıxış etmək və xarici elmi mərkəzlərlə əməkdaşlıq yaratmaq böyük əhəmiyyət daşıyır.

Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov doktoranturaya qəbulun gərgin mübarizə şəraitində keçdiyini və nəticədə 9 Azərbaycan vətəndaşı və 1 nəfər Çin Xalq Respublikasının vətəndaşının ADPU-ya qəbul olunduğunu qeyd edib. A.Zamanov universitetdə elmi araşdırmaların müasir tələblərə uyğun qurulması istiqamətində görülən işlərdən bəhs edib. O, doktorantların beynəlxalq konfrans və simpoziumlarda fəal iştirakının vacibliyini, elmi məqalələrin nüfuzlu jurnallarda dərc olunmasının gənc tədqiqatçılar üçün prioritet məsələ olduğunu xüsusi vurğulayıb. Prorektor həmçinin doktorantlara universitetin beynəlxalq əlaqələri, xarici elmi mərkəzlərlə birgə layihələrdə iştirak imkanları barədə məlumat verib.

Magistratura və doktorantura şöbəsinin müdiri Rəşad Sadıqov qəbul mərhələsinin təşkilati tərəfləri, doktorantların elmi rəhbərlərlə iş prinsipləri, dissertasiya mövzularının seçilməsi və təsdiqi prosesi haqqında geniş təqdimatla çıxış edib. O, doktorantları qarşıda duran vəzifələrlə tanış edərək elmi fəaliyyətin planlı şəkildə qurulmasının əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra doktorantlar təəssüratlarını bölüşüblər və onları maraqlnadıran sualları ünvanlayıblar.

Sonda doktorantlara müvafiq vəsiqələr təqdim edilib və xatirə şəkli çəkilib.

Şərhlər

Xəbər lenti

29 sentyabr, 22:09

Tələbələrin sahibkarlıq bacarıqlarının inkişafı üçün yeni platforma yaradılıb – Nazir

29 sentyabr, 19:56

Nazir: Yeni sənəddə süni intellektin təhsil müəssisələrində tətbiqi xüsusi vurğulanacaq

29 sentyabr, 19:45

Nazir: Sahibkarlığın inkişafı təhsilin mahiyyətinin dəyişməsi ilə də mümkündür

29 sentyabr, 19:37

Bu tarixdən məktəbli avtobusları fəaliyyətə başlayacaq

29 sentyabr, 19:26

Müəllimlərin peşəkar inkişafı ilə bağlı təşəbbüslər: məktəb direktorlarının mövqeyi

29 sentyabr, 18:51

Özbəkistan TİFT-in tələbəsi mübadilə proqramı çərçivəsində BMU-da təhsil alır

29 sentyabr, 18:50

“Rəqəmsal bacarıqlar” layihəsi yarım milyon şagirdi əhatə edir

29 sentyabr, 18:50

Nazir: Səhvlərdən öyrənmək və açıq müzakirə vacibdir

29 sentyabr, 18:40

Çinin sürətli yüksəlişinin arxasında nə dayanır?

29 sentyabr, 18:38

Nazir: Əsas məsələ yalnız bilik əldə etmək deyil

29 sentyabr, 18:36

“Şagirdlərin üçdə biri funksional savadlılıq səviyyəsinə çatmır” – Nazir

29 sentyabr, 18:32

Emin Əmrullayev: İnnovasiya üçün fundamental biliklər və STEAM təhsili vacibdir

29 sentyabr, 18:15

“BYD-nin 100 min işçisi fəlsəfə doktorudur” – Harvardın professoru

29 sentyabr, 17:58

Tarun Xanna: Çin 14 sahə üzrə patent müraciətlərində ABŞ-ni geridə qoyub

29 sentyabr, 17:34

Ozon qatı bərpa olunur

29 sentyabr, 17:24

Leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

29 sentyabr, 17:19

İRİA proqramlarını bitirənlərin 78%-i iş həyatına başlayıb

29 sentyabr, 17:08

Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

29 sentyabr, 16:59

Yüzyaşlı məktəbdən kitab yazıldı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.