
“Universitetlərdə aparılan onlarla milyard dollarlıq tədqiqatlar lisenziya əsasında sənaye sahəsinə ötürülür və bəzən bu tədqiqatlardan silah istehsalında belə istifadə olunur. Bu, ABŞ-də müəyyən universitetlərdə geniş yayılsa da, Azərbaycan və Türkiyədə nadir hallarda baş verir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri bu gün Bakıda “PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən beynəlxalq “INMerge İnnovasiya Sammiti”ndə (INMerge Innovation Summit 2025) “İnkişaf etməkdə olan bazarlar üçün innovativ ekosistemlər” mövzusunda çıxışı zamanı Harvard Universitetinin professoru və qlobal strategiya eksperti Tarun Xanna bildirib.
Tarun Xanna vurğulayıb ki, universitet və özəl sektor arasında səmərəli əməkdaşlıq qurmaq çətin məsələdir və bunu Çinin Şenzhen şəhərində BYD şirkəti uğurla həyata keçirir.
Professor əlavə edib ki, BYD artıq Honkonq–Şençjen regionunda 1 milyon işçiyə malikdir ki, onların yüz mini fəlsəfə doktorudur. Şirkət növbəti 10 il ərzində bu rəqəmi daha 80 min artırmağı planlaşdırır.
Tarun Xanna qeyd edib ki, SpaceX, Moderna və BYD kimi uğurlu şirkətlərin əsasında elm və araşdırmalarla sıx bağlılıq durur və belə əlaqələr olmadan həqiqi inkişafa nail olmaq mümkün deyil.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər