
Gələcəkdə texnologiya və innovasiya sahəsində irəliləyiş üçün sadəcə xoş danışıq və ya yumşaq bacarıqlar kifayət etmir, fundamental bilik bazası və güclü STEAM təhsili vacibdir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri bu gün Bakıda “PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən beynəlxalq “INMerge" İnnovasiya Sammitində (INMerge Innovation Summit 2025) “Təhsil-sahibkarlıq boru kəməri: Biliyin milli inkişafa çevrilməsi” mövzusunda təşkil edilmiş panel müzakirə zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
O qeyd edib ki, cəmiyyətin texnoloji inkişafı üçün mühəndislər, riyaziyyatçılar və hüquq biliciləri kimi fundamental peşə sahibləri ekosistemin qurulmasında əsas rol oynayırlar:
“İnnovasiya barədə çox danışmaq olar, amma innovasiya üçün mütləq yaxşı mühəndislər, riyaziyyatçılar, əsaslı biliklərə malik mütəxəssislər lazımdır. Hüquq sahəsində biliklərə sahib insanlar da həmin ekosistemin və hüquqi sistemin formalaşmasına töhfə verir”.
O əlavə edib ki, yalnız yumşaq bacarıqlara və “asan hissəyə” fokuslanmaqla nəticə əldə etmək mümkün deyil, çünki innovasiyanın əsası güclü elmi baza üzərində qurulur.
Nazir həmçinin vurğulayıb ki, təhsil sisteminin dizaynı bu prosesin açar hissəsidir: “Təhsilin sonunda necə dizayn olunması – müəllim mərkəzli, yoxsa şagird mərkəzli yanaşma – bütün bu imkanları açan əsas faktordur".
Onun fikrincə, məhz güclü STEAM istiqamətində təhsil və tədrisin düzgün dizaynı ölkənin texnoloji inkişafının və innovasiya ekosisteminin əsasını təşkil edir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər