Bütün xəbərlər
29 sentyabr, 17:58

“Çinin son on ildə yüksək texnologiyalar sahəsində qazandığı uğurlar təsadüfi deyil, dövlətin uzunmüddətli planlaşdırma və güclü elmi infrastruktur siyasətinin bəhrəsidir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri bu gün Bakıda “PAŞA Holding”in təşkilatçılığı ilə keçirilən beynəlxalq “INMerge” İnnovasiya Sammiti 2025-də (INMerge Innovation Summit 2025) “İnkişaf etməkdə olan bazarlar üçün innovativ ekosistemlər” mövzusunda panel müzakirə zamanı aparıcı Harvard professoru və qlobal strategiya eksperti Tarun Xanna deyib. 

Professorun istinad etdiyi “Anticipating Sputnik” adlı Harvard tədqiqatına görə, Çin 14 əsas yüksək texnologiya istiqamətində – robototexnika, qabaqcıl materiallar, mikroelektronika və fiber optiklər də daxil olmaqla – patent müraciətlərində artıq ABŞ-ni geridə qoyub. Khanna bu nəticəni 1957-ci ildə SSRİ-nin “Sputnik” peyki ilə ABŞ-də yaratdığı oyanış anına bənzədərək vurğulayıb ki, bu göstərici digər ölkələr üçün innovasiyaya daha çox sərmayə yatırmaq barədə ciddi siqnal olmalıdır.

Onun sözlərinə görə, belə bir irəliləyiş yalnız dövlətin “ictimai nemət” kimi elmi infrastruktur yaratması ilə mümkündür: “Siz bir araşdırma mərkəzi və ya texnoloji qurğu yaradırsınız, bu yeni imkanlar doğurur, həmin imkanlar ilkin resurslarla birləşərək daha çox yeniliklər yaradır və nəticədə artım baş verir”.

Professor bu prosesi məşhur “marşmellou testi” ilə müqayisə edərək bildirib ki, səbir və strateji baxış uzunmüddətli və çoxalan inkişafın əsas şərtidir: “Çin elmi infrastruktur qurmaqla illərlə nəticələrin yığılmasını gözləyib və bu gün texnoloji yüksəlişin meyvəsini toplayır”.

Xannanın fikrincə, bu model innovasiyaya can atan bütün ölkələr üçün nümunədir: elmi infrastrukturun qurulması və strateji səbir gələcəkdə sürətli və dayanıqlı iqtisadi inkişafın ən vacib açarıdır.

Şərhlər

Xəbər lenti

29 sentyabr, 22:09

Tələbələrin sahibkarlıq bacarıqlarının inkişafı üçün yeni platforma yaradılıb – Nazir

29 sentyabr, 19:56

Nazir: Yeni sənəddə süni intellektin təhsil müəssisələrində tətbiqi xüsusi vurğulanacaq

29 sentyabr, 19:45

Nazir: Sahibkarlığın inkişafı təhsilin mahiyyətinin dəyişməsi ilə də mümkündür

29 sentyabr, 19:37

Bu tarixdən məktəbli avtobusları fəaliyyətə başlayacaq

29 sentyabr, 19:26

Müəllimlərin peşəkar inkişafı ilə bağlı təşəbbüslər: məktəb direktorlarının mövqeyi

29 sentyabr, 18:51

Özbəkistan TİFT-in tələbəsi mübadilə proqramı çərçivəsində BMU-da təhsil alır

29 sentyabr, 18:50

“Rəqəmsal bacarıqlar” layihəsi yarım milyon şagirdi əhatə edir

29 sentyabr, 18:50

Nazir: Səhvlərdən öyrənmək və açıq müzakirə vacibdir

29 sentyabr, 18:40

Çinin sürətli yüksəlişinin arxasında nə dayanır?

29 sentyabr, 18:38

Nazir: Əsas məsələ yalnız bilik əldə etmək deyil

29 sentyabr, 18:36

“Şagirdlərin üçdə biri funksional savadlılıq səviyyəsinə çatmır” – Nazir

29 sentyabr, 18:32

Emin Əmrullayev: İnnovasiya üçün fundamental biliklər və STEAM təhsili vacibdir

29 sentyabr, 18:15

“BYD-nin 100 min işçisi fəlsəfə doktorudur” – Harvardın professoru

29 sentyabr, 17:34

Ozon qatı bərpa olunur

29 sentyabr, 17:24

Leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

29 sentyabr, 17:23

ADPU rəhbərliyi doktorantlarla görüşüb

29 sentyabr, 17:19

İRİA proqramlarını bitirənlərin 78%-i iş həyatına başlayıb

29 sentyabr, 17:08

Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

29 sentyabr, 16:59

Yüzyaşlı məktəbdən kitab yazıldı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.