
Oktyabrın 1-dən Azərbaycanda məktəb avtobusları layihəsi start götürəcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, gələn aydan bununla bağlı pilot layihə icra ediləcək:
“Hazırda özəl sektorla bir yerdə təxminən 1200 uşaq var. Layihəyə oktyabrın 1-dən başlanılacaq. Ümumilikdə, bizim üçün də bu maraqlı layihədir. Biz də bu prosesi daha da asanlaşdırmaqla bağlı müəyyən müzakirələr aparırıq ki, bu avtobusların xətlərə buraxılması daha sürətli olsun. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bir yerdə işləyirik. Hazırda bu layihə 12 dövlət və özəl məktəbi əhatə edir. Hansı məktəblər tıxaca daha çox təsir edirsə, o məktəbləri cəlb etməyə çalışırıq. Amma bu, valideynlə həmin şirkət arasında olan münasibətlərdir. Bizim işimiz daha çox bunu mümkün etməkdir. Gələn aydan bu pilot səviyyədə tətbiq ediləcək. Amma 1200 uşaq da az deyil. Çünki bunların hamısı şəhərin mərkəzi məktəbləridir”.
E. Əmrullayev əlavə edib ki, dövlət layihənin ilkin mərhələsində müəyyən subsidiya və dəstək mexanizmləri ilə iştirak edəcək, lakin şagird sayı artdıqca ödənişin valideynlər tərəfindən qarşılanması nəzərdə tutulur: “Layihənin əsas məqsədi həm uşaqlar üçün rahat nəqliyyat təmin etmək, həm də tıxacların azaldılmasına töhfə verməkdir. Saylar artdıqca qiymətlər tədricən optimallaşdırılacaq”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər