Bütün xəbərlər
29 sentyabr, 16:59

Pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovun "Qərbi Azərbaycanın Çəmbərək rayonunun Cil kənd orta məktəbi-100" kitabının təqdimatı olub.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə kitabın ideya müəllifi iqtisadi elmlər doktoru, professor, Əməkdar müəllim Əvəz Ələkbərov, müəllifi Fərrux Rüstəmov, elmi məsləhətçisi, Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, elmi redaktor Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fəlsəfə və sosial elmlər kafedrasının baş müəllimi Fərzalı Rüstəmli, rəyçi filologiya elmləri doktoru, professor Sayalı Sadıqova və Cil kənd icmasının  üzvləri iştirak ediblər.

“Bu kitab təkcə məktəb yox, kənd haqqındadır”

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərov qeyd edib ki, bu kitab, sadəcə bir məktəbin tarixi deyil: "Bu kitab təkcə Cil məktəbi haqqında deyil, Cil kəndi haqqındadır. Burada məruz qaldığımız deportasiyalar, soyqırımlar, 200 il ərzində Qərbi Azərbaycanın keçdiyi yoldan danışılır”.

O qeyd edib ki, kitabda məktəbin məzunlarının siyahısı belə var: "Belə bir siyahı ilk dəfə təqdim edilir".

Kənddən olan hər kəs haqqında məlumat var

Fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov kitabın çox əhatəli olduğunu deyib: "Bir məktəb haqqında bu qədər geniş, böyük əhatəli kitab görməmişəm. Cil kəndindən olan insanların əksəriyyətinin şəkilləri var, o cümlədən I və II Qarabağ müharibəsində şəhid olan 17 nəfər haqqında da geniş məlumatlar verilib. Kənd məktəbinin direktorları, müəllimləri,  həkim, mühəndis, iqtisadçı,  hərbiçi  məzunları haqqında da buradan maraqlı faktlar oxumaq olar".

 Milli kimliyini göstərən kitab

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova kitabın üslubunun orjinallığını qeyd edərək onun hazırlanmasındakı çətinliklərə toxunub. 

Kitabda şəkillərin önəminə diqqət çəkən professor onları əldə etməyin hər zaman çətin olduğunu vurğulayıb. Buna baxmayaraq, bu kitab vizual informasiya çoxluğu ilə seçilir: “Kitabı yazmaq asan deyil, xüsusilə də belə kitabları. Kitab Göyçə aşıq məktəbinin ənənəsini xatırladır. Onun marağı mündəricatından başlayır. Sonluğunda "Cil kəndində görüşənədək" ifadəsinin qeyd olunması insanda ümid yaradır". 

“Mən qarapapaqlı olduğumuzu bilmirdim”, - deyən Əvəz Ələkbərovun fikrincə, barəsində danışdıqları kitab insanların hansı nəsildən olduğunu aydınlaşdırmasına kömək edə bilər. 

Əvəz Ələkbərov əlavə edib ki, kitabda poeziyaya, kəndin yazarları, məktəbin general məzunları haqqında məlumatlara geniş yer verilib.

Bu kitab kəndimizin yaddaşıdır

Müəllif Fərrux Rüstəmov deyib ki, kitabı keçmişlə gələcək arasında körpüdür: "Bu kitab kəndimizin bioqrafik yaddaşıdır. Bu günümüz, sabahımız arasında bir körpüdür. Biz gələcəyə tarixin çiynində gedirik. Gənc nəsil üçün bir yaddaş kitabı, xatirə kitabı olsun deyə dostlarımın köməyi, dəstəyi ilə bu kitabı ərsəyə gətirdik. Gələcəkdə də bu tip əsərləri davam etdirəcəyəm".

“Dünya Cil kəndindəki evimizdən başlanır”, - deyən müəllif kitabda öz ailəsinə də yer verib. 

F.Rüstəmov əlavə edib ki, bu kitabın ərsəyə gəlməsi ölkə Prezidentinin çağırışına cavabdır.

Filologiya elmləri doktoru, professor Sayalı Sadıqova bildirib ki, kitab Çəmbərək kəndi haqqında fikir formalaşdırır.  Onu “ensiklopedik material” hesab edən S.Sadıqovanın  sözlərinə görə, burada bir kəndin yox, böyük bir mahalın keçmişi var: “Xalqın abidəsi, məbədgahı olan qəbiristanlığın da şəkli verilən kitabda, sadəcə Çəmbərək kəndi deyil, Göyçə mahalı haqqında da geniş məlumat əks olunub”.

Tədbirdə Qərbi Azərbaycan İcmasının üzvləri professor İbrahim Bayramov, professor Həsən Bayramoğlu, ADU-nun Təhsil fakültəsinin dekanı, professor Hikmət Əlizadə də çıxış edib. Qeyd edilib ki, belə kitabların çap olunması Qərbi Azərbaycanın daha dərindən öyrənilməsinə və bu bilgilərin cəmiyyətə ötürülməsinə imkan verir. 

Nərmin Məmmədzadə

1 /10

Şərhlər

Xəbər lenti

29 sentyabr, 22:09

Tələbələrin sahibkarlıq bacarıqlarının inkişafı üçün yeni platforma yaradılıb – Nazir

29 sentyabr, 19:56

Nazir: Yeni sənəddə süni intellektin təhsil müəssisələrində tətbiqi xüsusi vurğulanacaq

29 sentyabr, 19:45

Nazir: Sahibkarlığın inkişafı təhsilin mahiyyətinin dəyişməsi ilə də mümkündür

29 sentyabr, 19:37

Bu tarixdən məktəbli avtobusları fəaliyyətə başlayacaq

29 sentyabr, 19:26

Müəllimlərin peşəkar inkişafı ilə bağlı təşəbbüslər: məktəb direktorlarının mövqeyi

29 sentyabr, 18:51

Özbəkistan TİFT-in tələbəsi mübadilə proqramı çərçivəsində BMU-da təhsil alır

29 sentyabr, 18:50

“Rəqəmsal bacarıqlar” layihəsi yarım milyon şagirdi əhatə edir

29 sentyabr, 18:50

Nazir: Səhvlərdən öyrənmək və açıq müzakirə vacibdir

29 sentyabr, 18:40

Çinin sürətli yüksəlişinin arxasında nə dayanır?

29 sentyabr, 18:38

Nazir: Əsas məsələ yalnız bilik əldə etmək deyil

29 sentyabr, 18:36

“Şagirdlərin üçdə biri funksional savadlılıq səviyyəsinə çatmır” – Nazir

29 sentyabr, 18:32

Emin Əmrullayev: İnnovasiya üçün fundamental biliklər və STEAM təhsili vacibdir

29 sentyabr, 18:15

“BYD-nin 100 min işçisi fəlsəfə doktorudur” – Harvardın professoru

29 sentyabr, 17:58

Tarun Xanna: Çin 14 sahə üzrə patent müraciətlərində ABŞ-ni geridə qoyub

29 sentyabr, 17:34

Ozon qatı bərpa olunur

29 sentyabr, 17:24

Leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

29 sentyabr, 17:23

ADPU rəhbərliyi doktorantlarla görüşüb

29 sentyabr, 17:19

İRİA proqramlarını bitirənlərin 78%-i iş həyatına başlayıb

29 sentyabr, 17:08

Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.