
"Şagirdlərin üçdə biri funksional savadlılıq səviyyəsinə çatmır".
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri bu gün Bakıda “PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən beynəlxalq “INMerge" İnnovasiya Sammitində (INMerge Innovation Summit 2025) “Təhsil-sahibkarlıq boru kəməri: Biliyin milli inkişafa çevrilməsi” mövzusunda təşkil edilmiş panel müzakirə zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
O qeyd edib ki, Azərbaycanın təhsil sistemində nəsil yetişdirmək mədəniyyət və strategiya məsələsidir. Ölkə üzrə şagirdlərin nəticələrinə baxanda, PISA və digər beynəlxalq qiymətləndirmələr açıq şəkildə bir reallığı üzə çıxarır:
“Şagirdlərin təxminən üçdə biri – 4-cü və ya 10-cu siniflərdə – əsas və ya funksional savadlılıq səviyyəsinə belə çatmır. Bu, ciddi narahatlıq doğuran məsələdir".
Nazirin sözlərinə görə, bu vəziyyət şəraitində innovasiya və sahibkarlıq kimi mövzuları müzakirə etməzdən öncə ən vacib addım məhz funksional savadlılığın gücləndirilməsi olmalıdır.
Nazir əlavə edib ki, təhsil siyasəti həm kütləvi savadlılıq səviyyəsini yüksəltməyə, həm də istedadlıların inkişafına paralel diqqət yetirməlidir:
“Sual budur: diqqəti yalnız ən yaxşıların inkişafına yönəltmək istəyirik, yoxsa ümumi savadlılıq bazasını möhkəmləndirərək bütün şagirdlərin minimum səviyyəyə çatmasını təmin etmək?”
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər