Bütün xəbərlər
1 avqust, 09:23

İyulun 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ABŞ-nin dünyanın top 200 universiteti sırasında yer alan nüfuzlu Corc Vaşinqton Universiteti (CVU) ilə birgə həyata keçirdiyi ikili diplom magistr proqramına qəbulla bağlı cari tədris ilində ADPU-nun magistraturalarına qəbul olunmuş tələbələr üçün onlayn infosessiya keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, cari ildə ADPU-nun magistratura səviyyəsinə qəbul olunmuş 600-dək tələbədən 150-dən çoxunun qeydiyyatdan keçdiyi infosessiyada çıxış edən Pedaqoji Universitetin tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti ABŞ-nin Corc Vaşinqton Universiteti ilə 2020-ci ildən etibarən ikili diplom magistr proqramını uğurla həyata keçirib. İndiyədək proqramdan məzun olan 122 nəfər hər iki universitetin magistr diplomunu alaraq əmək bazarında layiqli yer tutub.  

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2025-ci il tarixində imzaladığı müvafiq Sərəncam ilə nüfuzlu xarici universitetlərlə ikili diplom proqramlarının davam etdirilməsinə qərar verilib. Buna uyğun olaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tapşırığına əsasən Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ABŞ-nin Corc Vaşinqton Universiteti 2025/2026-cı tədris ili üzrə ikili diplom proqramına qəbul həyata keçirir.

Proqramın məzunları ADPU-nun "Təhsil menecmenti" və CVU-nun "Təhsil siyasəti və insan inkişafı" ixtisasları üzrə magistr dərəcələrinə sahib olurlar.

Qeyd olunub ki, proqram tam şəkildə Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir.

Daha sonra ADPU-nun ikili diplom proqramının direktoru Tofiq Əhmədov çıxış edərək proqrama qəbul olunmaq üçün əsas tələblər və müraciət prosedurları haqqında ətraflı məlumat verib, eləcə də proqramda təhsilin təşkili qaydaları və yaradılan üstünlüklərdən söz açıb. Bildirilib ki, bu il Pedaqoji Universitetin magistratura səviyyəsində daxil olmuş və ingilis dili bacarıqları yüksək səviyyədə olan tələbələr bu proqrama qəbul üçün müraciət edə bilər. Bu məqsədlə cari ildə ADPU-nun magistraturalarına qəbul olunmuş tələbələrə müraciət edilib, proqrama qoşulmaq istəyən tələbələr üçün məlumat sessiyası təşkil olunub.

Sonra infosessiya proqrama qoşulmaq istəyən tələbələrin suallarının cavablandırılması ilə davam etdirilib.

1 /3

Şərhlər

Xəbər lenti

1 avqust, 19:53

BDU və Yerusəlim İbrani Universiteti birgə ikili diplom proqramına qəbul elan edir

1 avqust, 19:48

BDU “Ərəb dili ayı”nın açılış həftəsinə ev sahibliyi edəcək

1 avqust, 19:32

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

1 avqust, 17:57

Avropada tam ştatlı məcburi təhsildə tövsiyə edilən illik tədris müddəti 2024/2025

1 avqust, 17:43

Yaşlıların təhsili üzrə tendensiyalar

1 avqust, 17:03

Kimyanı sevdirən müəllimlər: Onlar buna necə nail olurlar?

1 avqust, 16:37

“NEQSOL Holding” ”Parla"ya görə beynəlxalq mükafat aldı

1 avqust, 16:05

“Maarifçi”lər üçün “Rifah strategiyaları: sağlam və effektiv həyat tərzi” təlimi keçirilib

1 avqust, 15:57

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

1 avqust, 15:45

Emin Əmrullayev Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

1 avqust, 15:34

Gümüş medal, yüksək ballar və fərqlənmə attestatları – 90 yaşlı məktəbin uğurları 

1 avqust, 14:23

Nadir Məmmədli: Süni intellektlə əldə etdiyimiz sözlərin hamısı lüğətə daxil edilməyəcək

1 avqust, 13:19

Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib

1 avqust, 12:59

Strategiya müzakirələri başladı: Peşə təhsilində dəyişikliklər gündəmdə

1 avqust, 12:34

Bakıdan Salyana dərs keçməyə gedən müəllim: Sinifdə bütün problemlərimi unuduram

1 avqust, 12:32

Sabahın hava proqnozu açıqlanıb

1 avqust, 11:18

İxtisasını özün necə düzgün seçə bilərsən? – Ekspert açıqlayır 

1 avqust, 10:27

Qobustanda peşə təhsili müəssisəsi fəaliyyətə başlayacaq

1 avqust, 10:18

Magistrlər üçün təhsil krediti: Bal tələbi varmı?

1 avqust, 10:04

Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadıldı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.