Bütün xəbərlər
28 fevral, 16:46

Fevralın 28-də  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan tarixi və Fəlsəfə və sosial elmlər kafedralarının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik: tarixi, siyasi və hüquqi aspektdə” adlı elmi seminar keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, seminarı Fəlsəfə və sosial elmlər kafedrasının müdiri professor Rafail Əhmədli giriş sözü ilə açaraq bildirib ki, Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsindəki qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında 28 dekabr 2024-cü il tarixində Sərəncam imzalayıb. 

R.Əhmədli bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələrək təşkil olunmuş seminarda konstitusiyamızın və suverenliyimizin tarixi, siyasi və hüquqi aspektlərinin dəyərləndiriləcək.

Azərbaycan tarixi kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Naibə Əhmədova “Azərbaycan Respublikasının Konstitusiyası tarixi kontekstdə” adlı məruzəsi ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunması ərəfəsində Azərbaycanda baş verən ictimai-siyasi hadisələrdən bəhs edərək Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin azad olunmuş bütün ərazilərimizdə bərqərar olduğunu vurğulayıb.

Fəlsəfə və sosial elmlər kafedrasının baş müəllimi Cəfər Cəfərli “Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hüquq islahatlarının keçirilməsi” adlı məruzəsində konstitusiyaya əsasən keçirilən hüquq və məhkəmə islahatları və onların əhəmiyyətindən danışıb.

Azərbaycan tarixi kafedrasının professoru Xəqani Məmmədov, həmin kafedranın dosenti Zakir Kərimov, Fəlsəfə və sosial elmlər kafedrasının dosenti Paşa Quluzadə Azərbaycanın dövlətçilik tarixindən, Fəlsəfə və sosial elmlər kafedrasının dosenti Mirafərim Seyidov dövlət və hüquq məsələlər haqqında çıxış ediblər.

1 /3

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.