Bütün xəbərlər
29 aprel, 12:19

Aprelin 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Özbəkistan Milli Universitetinin Psixologiya kafedrasının nümayəndələri ilə görüş keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə Özbəkistan Milli Universitetinin əməkdaşları Dilbər Muxamedova, Ruxsora Kudratullayeva, Aziza Turakulova və Diyora Xodjakulova, eləcə də ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Nərgiz Səfərova və fakültənin nümayəndələri iştirak ediblər.

Görüş zamanı tərəflər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Təhsil sahəsində təcrübə mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin təşkili, tələbə və müəllim mübadiləsi proqramlarının hazırlanması və həyata keçirilməsi kimi mövzuların müzakirə edildiyi görüşdə, həmçinin yaxın gələcəkdə qarşılıqlı anlaşma memorandumlarının və əməkdaşlıq müqavilələrinin imzalanması imkanları barədə fikir mübadiləsi aparılıb.

Tərəflər vurğulayıblar ki, qurulacaq akademik əməkdaşlıq hər iki universitetin tələbə və müəllim heyətinin elmi və pedaqoji inkişafına mühüm töhfə verəcəkdir. 

Görüşün sonunda gələcək addımların planlaşdırılması məqsədilə işçi qruplarının yaradılması barədə ilkin razılıq əldə olunub.

1 /3

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.