Bütün xəbərlər
11 fevral, 14:05

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Pedaqoji kadr hazırlığında Avropa təhsil sisteminin araşdırılması və beynəlxalq təcrübəyə əsaslanan yeni məzmunlu təhsilin Azərbaycanda pedaqoji yönümlü universitet və kolleclərin filoloji fakültələrində tətbiqi” (AEF-MCG-2022-1 942)-12/12/5-M-12) adlı qrant layihəsi çərçivəsində “İspan təhsil sistemində pedaqoji kadr hazırlığı” mövzusunda təlim keçirilib.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, təlimin ilk günü layihə rəhbəri, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova layihənin əsas məqsədi və görülən işlər barədə iştirakçıları məlumatlandırıb və təlimin işində uğurlar arzulayıb. Təlimdə layihənin icraçı mütəxəssisləri - Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova, Müasir Azərbaycan dili kafedrasının müdiri dosent Könül Səmədova, Xarici Dillər Mərkəzinin müdiri dosent Ülviyyə Hacıyeva və Xarici Dillər Mərkəzinin dosenti Mirvari Qasımova da daxil olmaqla 100 nəfərdən çox professor-müəllim heyəti iştirak edib.

Təlim çərçivəsində ispan təhsil sistemi, onun tarixi inkişafı, müasir dövrdə əsas istiqamətləri, ispan modelində pedaqoji kadr hazırlığının önə çıxan cəhətləri barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin, Azərbaycan Dillər Universitetinin və digər təhsil müəssisələrinin əməkdaşları ilə fikir mübadiləsi aparılıb.

Azərbaycan Elm Fondunun dəstəyi ilə həyata keçirilən və əsas məqsədi layihədən əldə olunan nəticələrin pedaqoji kadr hazırlığı ilə məşğul olan professor-müəllim heyəti ilə paylaşılması olan təlimə bu sahədə fəaliyyət göstərən 100-dən çox mütəxəssis cəlb edilib.
Qeyd edək ki, layihə çərçivəsində aprel-may aylarında növbəti təlim və elmi-praktik konfransın keçirilməsi nəzərdə tutulub.

Şərhlər

Xəbər lenti

14 iyun, 10:52

70 mindən çox müəllimə differensial maaş artımı tətbiq olunacaq

14 iyun, 10:50

Həsən Həsənli: Bu gün aparılan islahatlar təhsilimizin inkişafı üçün möhkəm zəmin yaradır

14 iyun, 10:48

113 minə yaxın uşaq artıq 1-ci sinfə qəbul olunub

14 iyun, 10:44

Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı açıqlandı

14 iyun, 08:00

Bu gün 113 min nəfərə yaxın şagird üçün “Son zəng” çalınır

13 iyun, 23:01

Xüsusi qabiliyyət imtahanlarına start verilir

13 iyun, 21:22

Sertifikatlaşdırma üzrə sınaq imtahanının sual nümunələri təqdim edilib

13 iyun, 21:18

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

13 iyun, 19:44

Səhnə balaca fidanlarındır

13 iyun, 18:19

Macarıstanda təhsil almaq hüququ qazananların siyahısı açıqlanıb

13 iyun, 17:51

Hüquqlarımızı necə dərk edirik? - Tələbə və müəllimlərin fikirləri

13 iyun, 17:30

“Son zəng” demişkən...

13 iyun, 17:10

İndi rəssamdır, gələcəkdə isə həkim olmaq istəyir

13 iyun, 17:00

Bakıda inklüziv sinif təşkil edilən məktəblərin sayı 30-a çatdırılıb

13 iyun, 16:55

Sertifikatlaşdırma daha tez-tez keçirilsin – Maksimum bal toplayanların təcrübələri

13 iyun, 16:53

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri elan olunub

13 iyun, 16:52

Agentlik “Son zəng” tədbirləri ilə bağlı çağırış edib

13 iyun, 16:09

ATU-da İşçi qrupun növbəti iclası keçirilib

13 iyun, 15:57

51 təhsil müəssisəsində təmir və tikinti işləri aparılıb

13 iyun, 15:41

Sahil Babayev: Elm və təhsil xərclərimiz beynəlxalq normativlərə uyğundur

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.