Bütün xəbərlər
25 avqust, 17:38

Qax rayon Ləkit kənd sakini 37 yaşlı Esmira Ramazanova həmin kənddə tam orta məktəbi bitirəndən 20 il sonra ali məktəbə qəbul olub. Bu 20 ildə o ailə qurub, 2 uşaq anası olub. Böyük oğlu artıq 2023-cü ildən tələbədir, VI sinifdə oxuyan ikinci oğlu isə uğurlu şagirddir, yaxşı şahmatçıdır. Ailədə bu qədər böyük nailiyyətlərə nail olan ana Esmira Ramazanova indi özü tələbədir. Növbəti tədris ilindən o, Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrar mühəndislik” ixtisası üzrə təhsil alacaq. Esmira Ramazanova “Azərbaycan müəllimi”nə təhsilini davam etdirmək, tələbə olmaq arzusunu indi reallaşdırmasının səbəblərindən danışıb.

“Məktəbdə çox yaxşı oxuyurdum”

Əvvəlcə atasını sonra anasını itirib, sonra öyrənib ki, onlarla qan bağı yoxdur: “Nə qardaşım, nə bacım olub. Ata-ana bildiyim ailəmin də əslində məni himayəyə götürdüklərini sonradan bildim. Atam mən V sinifdə oxuyanda xərçəng xəstəliyindən, anam isə infarkt keçirərək öldü. Anam öləndən bir neçə gün sonra ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında iştirak etdim. Kimya müəllimi olmaq istəyirdim. Anamın yaşlı xalası mənə dedi ki, ata-anam doğma deyil. Bu xəbərdən sonra psixoloji vəziyyətim tamamilə pozuldu. Sanki dünya başıma yıxıldı”.

O, belə vəziyyətdə qəbul imtahanlarına qatılıb: ““Kimya müəllimliyi” ixtisasına qəbul oldum. Amma oxuya bilmədim. Məni ata-anamın ölümündən sonra öz himayəsinə götürən digər ailə məsləhət bildi ki, evlənim. Dedilər “biz də yaşlıyıq, sənin tək qalmadığını, sahibsiz olmadığını, bir ailən olduğunu bilək”.

Sonra evlənib, uşaqları dünyaya gəlib: “Yoldaşım da həvəsli idi oxumağımda. Bilirdi illərdir ki, həvəs göstərirəm. Mənə deyirdi ki, oxumağım üçün hər cür dəstəyə hazırdır. O özü də oxuya bilməmişdi, ustadır, mənə deyirdi ki, ziyalı bir yoldaşının olmasını istəyərdi. Amma mən bu cəsarəti özümdə tapa bilmirdim. Digər yandan, uğursuzluğa düçar olacağımdan çox qorxurdum. Elə bu il də - oğlumun təhriki ilə sənədlərimi verəndə də heç kimə bu barədə bir şey demədim. Hətta yoldaşımdan xahiş etdim ki, anasına belə deməsin”.

2 uşaq, iş, ailə həyatı, ev… Bu qədər vəzifə ilə o necə oxuyub, necə hazırlaşıb? “İmtahanlarına hazırlaşarkən PDF-i telefonuma yükləyirdim, gizli-gizli oxuyur, ya da materialları telefonumdan qulaqcıqla dinləyirdim. Hətta iş yerimdə də bilən olmadı ki, mən ali məktəbə hazırlaşıram”.

Bilinməyindən niyə narahat olub? Esmiranın səbəbləri çoxdur: “Bilsələr, iş yerində mane olmayacaqdılar, ancaq hər kəs bir söz deyəcəkdi. Anam öləndə, ilk dəfə qəbul imtahanlarına gedəndə nələrin baş verdiyini bilirdim”.

E.Ramazanova qəbul olunduğunu eşitdiyi anın həyəcanından da danışıb: “İxtisas seçimində mənə kömək edən, rayonumuzun sayılıb-seçilən müəllimlərindən olan Firuzə Əhmədovanın statusunda gördüm ki, qəbul nəticələri elan olunub. Oğlum portaldan baxıb hara qəbul olunduğumu dedi. O an keçirdiyi hissləri isə sözlə ifadə etmək mümkün deyil, deyir: “O anı indi də xatırlayanda ürəyimdən gizilti keçir. Bu mənim arzum idi. Bütün duyğuları bir arada yaşadım. “Sən övladlıqsan” – deyilən vaxtlar, universitet imtahanına hazırlaşdığım və imtahan verdiyim dövrlər gözümün önündən kino lenti kimi keçdi. Yoldaşım məndən çox həyəcanlı idi. Dedi ki, pulluya da düşsəydin, oxutduracaqdım”.

Şərhlər

Xəbər lenti

26 avqust, 19:55

ADNSU-nun təşkilatçılığı ilə Rumıniyada keçirilən beynəlxalq elmi konfrans başa çatıb

26 avqust, 17:13

Taleh Şahsuvarlı: Ali məktəblərimiz Şərqi Avropanın bir çox universitetindən daha yaxşı təhsil verir

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

26 avqust, 14:16

“Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır” – 55 yaşlı tələbə

26 avqust, 12:49

Müəllim təbiətə bağlıdırsa…

26 avqust, 12:45

Ötən tədris ilində Azərbaycana 7 mindən çox əcnəbi tələbə gəlib

26 avqust, 12:44

Müəllim sinifdə müəllim olar

26 avqust, 12:43

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar

26 avqust, 12:38

Azərbaycan alimləri dünyada ilk dəfə fitoplazmalar arasında rekombinasiyanı aşkar ediblər

26 avqust, 12:22

Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu

26 avqust, 12:15

Milli Müdafiə Universiteti tələbə qəbulu elan edir

26 avqust, 12:02

Azərbaycanda “robot tyutor” hazırlanır

26 avqust, 12:00

Bu ölkələrin vətəndaşları Azərbaycan kolleclərində təhsil alırlar

26 avqust, 11:57

Əkizlərin uğuru: Bacı-qardaş eyni vaxtda tələbə oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.