
“Süni intellekt geniş imkanlarla yanaşı, ciddi risklər də yaradır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda keçirilən “Kibernetika və informatikanın problemləri” (PCI 2025) VI beynəlxalq konfransında çıxışı zamanı səsləndirib.
Rasim Əliquliyev bildirib ki, son illərdə ortaya çıxan yeni texnologiyalar dördüncü sənaye inqilabının əsasını qoyub. Lakin ölkəmizdə süni intellektin tarixi və inkişaf mərhələləri ilə bağlı kifayət qədər məlumat mövcud deyil:
“Bu sahədə zəruri bilgilərin toplanması və ictimaiyyətə çatdırılması vacibdir”.
O, gənclərin süni intellekt və müasir informasiya texnologiyaları ilə bağlı daha dolğun biliklər əldə etməsinin önəmini vurğulayıb:
“Gənclərə anlatmalıyıq ki, istifadə etdiyimiz texnologiyalar birdən-birə yaranmayıb, onların uzun bir inkişaf tarixi var. Mən məsuliyyətlə deyirəm ki, bu istiqamətdə hələ görüləsi çox işlərimiz var. İnformasiya texnologiyaları və idarəetmə sistemləri ilə bağlı Azərbaycan alimlərinin son 60 ildə apardığı araşdırmaları sistemləşdirərək cəmiyyətə təqdim etməliyik”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər