Bütün xəbərlər
30 aprel, 09:42

Bu ilin 16-19 iyun tarixlərində İstanbulda Böyük Britaniyanın “Times Higher Education” şirkətinin təşkilatçılığı və Türkiyənin Ali Təhsil Şurasının ev sahibliyi etdiyi 2025-ci il Qlobal Dayanıqlı İnkişaf Konqresi keçiriləcək. 

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir davamlı gələcək üçün müsbət fəaliyyətləri təşviq etmək üçün müxtəlif sektorlardan dünyanın 5000-dən çox aparıcı təhsil liderləri, novator və siyasətçiləri bir araya gətirəcək.

Ali təhsil sahəsində nüfuzlu beynəlxalq tədbirin spikerləri Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar, "Times Higher Education"nun qlobal məsələlər üzrə Baş direktoru Fil Bati, Ümumdünya Səhiyyə Təşkilatının Ətraf mühit, iqlim dəyişikliyi və sağlamlıq departamentinin direktoru Mariya Neyra, UNESCO-nun Təhsilin davamlılığa doğru yönləndirilməsi departamentinin həmsədri, York Universitetinin professoru Çarlz Hopkins, Böyük Britaniyanın Lankaster Universitetinin Ətraf Mühit Mərkəzinin professoru Mayk Berners-Li, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Honkonq Politexnik Universitetinin struktur mühəndisliyi departamentinin direktoru professor Jin-Quang Teng, COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova, Türkiyənin İnkişaf və İnvestisiya Bankının icraçı vitse-prezidenti Sesil Yıldız, Honkonq Dövlət Universitetinin prezidenti Freddy Boey və b. qlobal dayanıqlı inkişaf məsələləri və bu prosesdə təhsilin rolu barədə çıxış edəcəklər.  

Dörd gün ərzində 400-dən çox məruzəçi, o cümlədən ali təhsil liderləri, davamlılıq sahəsində dəyişiklik yaradanlar və biznes rəhbərləri texnologiya, təhsil, sənaye, səhiyyə, şəhərlər, ətraf mühit və xüsusən davamlı inkişafı haqqında öz fikirlərini bölüşəcəklər.

Tədbirdə dünya universitetərinin 2025-ci il üzrə “THE Impact Rankings 2025” reytinqi açıqlanacaq. Qeyd edək ki, 2019-cu ildə istifadəyə verildiyi vaxtdan bu reytinqə bir milyondan çox məlumat təqdim edən 2152 qurum daxil edilib.

Konqresdə “Gələcəyə hazır siniflər: məqsədyönlü STEM təlimi davamlı dəyişikliklərə necə kömək edir”, “Ali təhsildə davamlı inkişaf sahəsində səriştə potensialının açıqlanması” , “SDG-nin ali təhsilə inteqrasiyası: akademik dairələrin, sənayenin və QHT-lərin birləşməsi”, “Yaşıl gələcək yarışında süni intellektin rolu”, “Ali təhsil müəssisələrinin daha innovativ və davamlı məktəblərə çevrilməsi” və s. mövzular diqqətdə olacaq. 

Honkonq Politexnik Universitetinin biliklərin ötürülməsi və sahibkarlıq üzrə direktoru Kelvin Vonq çıxışında universitetlərin bilik və sahibkarlığın səmərəli ötürülməsində rolu məsələsinə toxunacaq. Universitetlər elmi nailiyyətlərin və ixtiraların laboratoriyalardan biliklərə ötürülməsi, onların ictimai təsirinin artırılması vasitəsilə real tətbiqlərə köçürülməsində getdikcə daha çox rol oynayır. K.Vonq çıxışında Honkonq Politexnik Universitetinin dinamik bilik və sahibkarlıq ekosisteminin yaradılmasına necə töhfə verdiyindən danışacaq. 

"THE təsir reytinqi (The Impact Rankings) üçün qələbə strategiyaları: mövqeyinizi yaxşılaşdırmaq üçün ekspert təlimatı" adlı interaktiv panel sessiya THE təsir reytinqində iştirak edən, məlumat strategiyalarını təkmilləşdirmək və reytinqlərdə göstəricilərini artırmaq istəyən universitetlər üçün nəzərdə tutulub. THE-nin məlumatları üzrə ekspert qrupunun rəhbərliyi altında və təcrübəli qurumların ideyalarından istifadə etməklə bu sessiya məlumatların toplanması, DİM-lərin seçilməsi və ən yaxşı müraciət təcrübələri üzrə praktiki tövsiyələr verəcək.

"Gələcəyin işçi qüvvəsinin yaradılması: süni intellekt və rəqəmsal texnologiyalar sahəsində istedadların inkişafı" adlı sessiya ali təhsil müəssisələrinin süni intellekt və texnologiya sahəsində yeni nəsil mütəxəssislərin hazırlanmasında oynadığı əsas rola həsr olunacaq.

Maraq doğuracaq sessiyalardan biri “SDG-nin ali təhsilə inteqrasiyası: akademik dairələrin, sənayenin və QHT-lərin birləşməsi” mövzusuna həsr olunacaq. Burada natiqlər davamlı inkişaf məqsədlərinə uyğun təhsil modellərinin təşviqi məqsədilə akademik dairələr, sənaye və QHT arasında konkret əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

1 /1

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.