Bütün xəbərlər
7 may, 13:16

Mərkəzi Florida Universitetinin fəlsəfə doktoru və Günəş Enerjisi Araşdırmaları Mərkəzinin xüsusi layihələr üzrə tədqiqatçısı Nazim Muradov dünyanın məşhur elmi analitika platforması olan ScholarGP-nin 2024-cü il üzrə “Yüksək Reytinqli Alimlər” siyahısında ilk sıralarda yer alıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, onun məhsuldar elmi fəaliyyəti və bu sahədə verdiyi  töhfələr yüksək reytinqə səbəb olub.

Nazim Muradov 1992-cı ildən hidrogen üzrə araşdırmalar sahəsində aparıcı tədqiqat mərkəzlərindən biri olan Günəş Enerjisi Araşdırmaları Mərkəzinin (FSEC) xüsusi layihələr üzrə tədqiqatçısıdır. O, NASA-nın tədqiqat qrupunun üzvü kimi “Space Shuttle Endeavour” (“Kosmik Gəminin Hazırlanması”) missiyası zamanı uğurla sınaqdan keçirilən unikal hidrogen sensorunun hazırlanmasında iştirak edib. Görkəmli alimin təmsil olunduğu komanda “R&D100” mükafatına layiq görülüb.

“Yüksək Reytinqli Alim” adı mənim üçün böyük şərəfdir,” – deyə Muradov söyləyib.  O, bu mükafatı xüsusilə hidrogen enerjisi və texnologiyası sahəsində illər boyu aparılan elmi işlərin yüksək dəyərləndirilməsinin bir göstəricisi hesab etdiyini bildirib.

ScholarGPS elmi fəaliyyətin təhlili üçün ilk onlayn mənbədir. Bu platforma dünya üzrə bütün alimlərin, tədqiqat institutlarının, universitetlərin və akademik proqramların ilk tam kəmiyyət reytinqlərini yayımlayır. Bu unikal reytinqləri təqdim etməklə yanaşı, ScholarGPS 200-dən çox ölkədən 24.000-dən çox akademik qurum, 30 milyondan çox alim və 120.000 tədqiqat institutunun hər biri üçün ətraflı profillər təqdim edir.

Qeyd edək ki, Nazim Muradov 2023-cü ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Azərbaycanlı alimin uğurları haqqında aşağıdakı linkdən ətraflı şəkildə oxumaq mümkündür:

https://blog.energyresearch.ucf.edu/2025/04/scholargps-names-fsec-ucf-researcher-muradov-as-highly-ranked-scholar/

Şərhlər

Xəbər lenti

14 oktyabr, 12:03

Sadiq Əliyev: Rəqabətqabiliyyətli olmaq üçün bilik və bacarıqlar daim yenilənməlidir

14 oktyabr, 11:51

Bahar Muradova: Müharibədən zərər çəkmiş ərazilərdə təhsil sahəsi diqqətdə saxlanılır

14 oktyabr, 11:48

İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox şəxs peşə hazırlığına cəlb olunub

14 oktyabr, 11:38

Azərbaycan universitetlərinin qlobal reytinqlərdəki yeri yüksəlir

14 oktyabr, 11:33

İdris İsayev: Yeni bacarıqların öyrədilməsi zəruridir

14 oktyabr, 11:22

Məktəbəqədər təhsilə cəlb olunanların sayını artırmaq üçün plan yenilənib – Nazir müavini

14 oktyabr, 11:16

Azərbaycanda qadınların doktorantura təhsilində iştirakı artıb

14 oktyabr, 11:12

İdris İsayev: Təhsilə edilən sərmayələrin nəticəsini dərhal görmək mümkün deyil

14 oktyabr, 11:09

Təhsilin infrastrukturunun müasirləşdirilməsi istiqamətində ciddi addımlar atılır – Nazir müavini

14 oktyabr, 10:50

Təhsilə ən böyük investisiyaları dövlət qoyur - İdris İsayev

14 oktyabr, 10:45

Azərbaycanda 53 özəl təhsil müəssisəsinin nizamnaməsinə müsbət rəy verilib

14 oktyabr, 10:44

Şagirdlərin elektron yerdəyişməsinə start verilir

14 oktyabr, 10:40

Nazir müavini: Təhsilin inkişafı hər bir sahənin inkişafına təkan verir

14 oktyabr, 10:35

HTP çərçivəsində Azərbaycanda təhsil alacaq tələbələrin sayı açıqlanıb

14 oktyabr, 10:27

Vladanka Andreyeva: Təhsil dünyanı dəyişdirən ən güclü vasitədir

14 oktyabr, 10:12

Şəhriyarla Məmməd Arazı doğmalaşdıran ruh

14 oktyabr, 09:55

Naxçıvanda  “III Beynəlxalq Duzdağ Araşdırmaları Konqresi” keçiriləcək

14 oktyabr, 09:43

Şuşa məktəbliləri SAF 2025-in finalında iştirak edəcəklər

14 oktyabr, 09:10

Müəllimlərimizin 80 faizi peşəkar inkişafı dəstəkləyir – HESABAT

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.