
14-15 noyabr tarixlərində Naxçıvan şəhərində “III Beynəlxalq Duzdağ Araşdırmaları Konqresi” keçiriləcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, konqres Naxçıvan Dövlət Universiteti, Türkiyənin Çankırı Karatekin Universiteti, İğdır Universiteti, AMEA-nın Naxçıvan Bölməsi, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun birgə təşkilatçılığı və bir sıra elm, təhsil müəssisələrinin iştirakı ilə baş tutacaq.
“III Beynəlxalq Duzdağ Araşdırmaları Konqresi”nin əsas məqsədi duz mədənlərinin təbii müalicə kompleksinin geoloji, tibbi, ekoloji və turizm potensialını elmi müstəvidə araşdırmaq, bu sahədə aparılan son yenilikləri və tədqiqat nəticələrini beynəlxalq alim və mütəxəssislərlə paylaşmaq, multidissiplinar əməkdaşlıq imkanlarını genişləndirməkdir. Konqres həmçinin Duzdağın sağlamlıq turizmi, speleoterapiya və alternativ müalicə üsulları baxımından imkanlarını daha da tanıtmaqla regionun davamlı inkişafına töhfə verməyi nəzərdə tutur.
Konqresə təqdim olunan məqalə və tezislər elmi komitə tərəfindən qiymətləndiriləcək və sonda nəşr olunacaq.
Konqresdə xarici ölkələrdən və respublikamızın bir çox bölgələrindən dəvət olunan tədqiqatçılar ən son araşdırmalarını və fikirlərini bölüşəcəklər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər