
Oktyabrın 1-dən Naxçıvanda icma əsaslı məktəbəqədər qruplarda məşğələlərə başlanılıb.
Naxçıvan Təhsil Nazirliyindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, Naxçıvan şəhər, Şərur, Ordubad, Culfa, Kəngərli və Şahbuz rayonlarında 25 icma əsaslı məktəbəqədər qrup fəaliyyətə başlayıb ki, həmin qruplara 500-dən artıq uşağın cəlbi nəzərdə tutulur. İcma əsaslı məktəbəqədər qruplar əsasən ucqar dağ kəndlərində yaradılıb, bu da həmin yaşayış məntəqələrində uşaqların keyfiyyətli təhsilə cəlbində mühüm rol oynayacaq.
Məlumat üçün bildirək ki, Elm və Təhsil Nazirliyin layihəsi olan icma əsaslı məktəbəqədər qrupların yaradılmasında məqsəd uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, valideynlərin, yerli icmanın və təhsil müəssisələrinin əməkdaşlığını gücləndirməkdir.
Layihənin əsas məqsədləri ölkə üzrə məktəbəqədər təhsilə əlçatanlığın artırılması, məktəbəqədər təhsilin inkişafı və təhsildə valideynin birgə iştirakını təmin etməklə xüsusilə ucqar və ya əlverişsiz dağ kəndlərində keyfiyyətli təhsil xidmətlərinin həyata keçirilməsi, valideyn-icma-məktəb əməkdaşlığının yaradılması, bu qruplar vasitəsilə 3-4 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılması, məktəbəqədər təhsilin inkişafı nəticəsində bilavasitə ibtidai təhsilin də keyfiyyətinin yüksəldilməsidir.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər