Bütün xəbərlər
9 oktyabr, 13:25

Keçən həftə işlədiyim Vaterloo Universitetinin Riyaziyyat fakültəsi və “Google” şirkəti süni intellektin (Sİ) təhsilə və peşə hazırlığına təsirini araşdırmaq məqsədilə yeni əməkdaşlıq sazişi imzaladılar. Bu əməkdaşlıq çərçivəsində universitetdə “Gələcəyin peşə və təhsil prosesi üzrə “Google” laboratoriyası” yaradılacaq. Bu təşəbbüs tələbələrə və tədqiqatçılara Sİ texnologiyalarının gələcəyin peşə və təhsil mühitindəki rolunu dəyərləndirmək, həmçinin real problemlərin həlli üçün yeni texnoloji prototiplər hazırlamaq imkanı yaradacaq. Laboratoriyanın açılışını qeyd etmək üçün təşkil edilən xüsusi tədbirdə iştirak etdikdən sonra bu yazını yazmag qərarına gəldim.

Müasir dünyada təhsil sistemi Sİ-nin sürətli inkişafı fonunda dərin transformasiya mərhələsinə qədəm qoyur. Artıq bir çox ölkələrdə məktəblər və universitetlər bu texnologiyanın yaratdığı qeyri-müəyyən, lakin imkanlarla dolu gələcəyini diqqətlə izləyir. Müəllimlər plagiat, köçürmə və etik məsuliyyət kimi çağırışları müzakirə edir və eyni zamanda Sİ-dən tədris prosesində səmərəli istifadə yollarını axtarırlar. Tələbələr isə daha fundamental suallar qarşısında dayanırlar: “Biz nə öyrənirik və niyə öyrənirik? Mövcud təhsil modeli bizi gələcəyin peşələrinə hazırlayırmı?”

Süni intellekt artıq esse yazmaq, elmi və bədii mətnlər yaratmaq, proqramlaşdırma kodu tərtib etmək, hətta bəzi hallarda magistratura və doktorantura səviyyəsindəki imtahanlardan müvəffəqiyyətlə keçmək kimi bacarıqlara malikdir. Bu reallıq təhsilin qarşısında əsas bir sualı qoyur: Sİ dövründə tələbələr nələri öyrənməlidir və bu öyrənmə prosesi necə təşkil olunmalıdır?

IBM-in 2023-cü il hesabatında vurğulandığı kimi: “Süni intellekt insanları əvəz etməyəcək, lakin süni intellektdən istifadə edən insanlar istifadə etməyənləri əvəz edəcəklər”. Bu fikir göstərir ki, gələcəyin əsas kompetensiyası texnologiyanın özünü deyil, onunla əməkdaşlıq etməyi bacarmaqdır. Burada məqsəd sadəcə texnoloji bilik əldə etmək deyil, bilik, yaradıcılıq və tənqidi düşünməni süni intellektlə birləşdirərək kompleks problemləri həll etmə qabiliyyətini inkişaf etdirməkdir.

Təhsildə süni intellektə inteqrasiyanın əsas istiqamətləri

Süni intellektin təhsilə təsiri təkcə texnoloji innovasiya məsələsi deyil, bu eyni zamanda fənn kurikulumlarının, pedaqoji strategiyaların və öyrənmə məqsədlərinin yenidən qurulmasını tələb edən çoxşaxəli prosesdir. Bu istiqamətdə üç əsas prioritet müəyyən edilir:

1.Etik qaydaların formalaşdırılması:

Sİ alətlərinin geniş tətbiqi plagiat, müəlliflik hüquqları və akademik dürüstlük kimi məsələləri yenidən gündəmə gətirir. Buna görə məktəblər və universitetlər etik davranış standartlarını təkmilləşdirməli, tələbələrə Sİ-dən məsuliyyətli istifadə prinsiplərini aşılamalıdır.

2. Yaradıcı və səmərəli tapşırıqların hazırlanması:

Tədris prosesində Sİ-dən təkcə köməkçi vasitə kimi deyil, yaradıcı düşüncə və analitik bacarıqları inkişaf etdirən alət kimi istifadə edilməlidir. Layihə əsaslı öyrənmə, problem yönümlü tapşırıqlar və interaktiv tədqiqat fəaliyyəti tələbələrin Sİ ilə əməkdaşlıq vərdişlərini formalaşdıra bilər.

3. Fənlərin öyrədilməsi strategiyalarının yenidən qurulması:

Ənənəvi tədris metodları artıq müasir tələblərə cavab vermir. Yeni dövrdə yaradıcı qərarvermə, data savadlılığı və texnologiyadan məqsədyönlü istifadə bacarıqları mərkəzi rola malik olmalıdır. Bu, biliklərin əzbərlənməsi deyil, onların real həyatda tətbiqini öyrənmək deməkdir.
Onu da qeyd edək ki, “ChatGPT” kimi dil modelləri insan düşüncəsini təqlid etsələr də, onlar bilik mənbəyi deyil, sadəcə ehtimal əsasında növbəti sözü proqnozlaşdırırlar. Buna görə də tənqidi düşünmə və faktiki biliklərə əsaslanan analiz təhsilin ayrılmaz tərkib hissəsi kimi galmalidir. Tələbələr isə təkcə cavab tapmağı deyil, həmin cavabın doğruluğunu qiymətləndirməyi də öyrənməlidirlər.

Tarix göstərir ki, texnologiya bəşəriyyəti əvəz etməyib, əksinə, onun potensialını genişləndirib. Bu dəfə fərq ondadır ki, dəyişiklik misilsiz sürətlə baş verir. Təhsil sistemi bu dinamikanı nəzərə almalı, çevik, qabaqlayıcı və adaptiv strategiyalarla gələcəyə hazır olmalıdır. Bu halda biz gələcəyi sadəcə proqnozlaşdırmaqla kifayətlənməyəcək, onu formalaşdırmış olacağıq.

İlham AXUNDOV, 
Kanadanın Vaterloo Universitetinin riyaziyyat və biznes üzrə proqramlar direktoru, professor

1 /1

Şərhlər

Xəbər lenti

9 oktyabr, 15:39

Qobu məktəbliləri Sumqayıtın  sahilyanı ərazisini təmizləyiblər

9 oktyabr, 15:09

Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlandı

9 oktyabr, 15:02

“Peerstack Academy”də 3-cü kohort üzrə ilk dərs keçilib

9 oktyabr, 14:48

Paytaxt məktəbində bir ilk: QR kitabxana yaradılıb

9 oktyabr, 14:48

Azərbaycan elminin beynəlxalq elmi mühitə inteqrasiyasında yeni istiqamət

9 oktyabr, 14:31

Fizika İnstitutunda su ehtiyatlarının idarə olunmasına dair görüş keçirilib

9 oktyabr, 14:27

“Dünyanı dəyişən gənclər” – Qarabağ Universitetinin tələbələrinin təəssüratları

9 oktyabr, 14:20

İqlim dəyişikliyinin təhsil sisteminə təsiri: Çağırışlar və həll yolları

9 oktyabr, 13:46

Bakı Avrasiya Universitetində "Miqrasiya qaydaları"mövzusunda tədbir keçirilib 

9 oktyabr, 13:40

Naxçıvanda  25 icma əsaslı məktəbəqədər qrup yaradılıb

9 oktyabr, 13:07

“Səsimi dostum kəşf etdi” – Retro mahnıların vurğunu

9 oktyabr, 12:49

3 yaşadək uşaqlar hansı halda icma qruplarına qəbul oluna bilərlər?

9 oktyabr, 12:22

11 tələbəmiz Türkiyədə təqaüdlə təhsil alacaq

9 oktyabr, 12:00

MDU-da startapçı tələbələrlə görüş keçirilib

9 oktyabr, 11:54

ADNSU-da Elm və Davamlılıq Konfransı keçiriləcək

9 oktyabr, 10:55

Xalq artistinə "NDU-nun Fəxri professoru" diplomu verilib

9 oktyabr, 10:48

ADNSU tələbələri Beynəlxalq Astronavtika Konqresində ölkəmizi uğurla təmsil ediblər

9 oktyabr, 10:40

“Bu layihə qadınlara iş yeri, uşaqlara təhsil verir” – MÜSAHİBƏ

9 oktyabr, 10:37

MDU və Səmərqənd Dövlət Universiteti əməkdaşlıq istiqamətlərini müzakirə edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.