Bütün xəbərlər
26 avqust, 09:52

Bu gün Bakıda Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda “Kibernetika və informatikanın problemləri” (PCI 2025) mövzusunda VI beynəlxalq konfrans öz işinə start verib.

“Azərbaycan müəllimi” xəbər verir ki, üç gün davam edəcək tədbir 28 avqustda başa çatacaq. Konfransın məqsədi süni intellekt, idarəetmə sistemləri, siqnal emalı, optimallaşdırma və görüntülərin tanınması sahələrində son elmi nailiyyətləri müzakirə etmək, qabaqcıl tədqiqatları təqdim etmək və beynəlxalq əməkdaşlığı gücləndirməkdir.

Hibrid formatda keçirilən konfransda Türkiyə, ABŞ, Polşa, Fransa, Belçika, Gürcüstan, Almaniya, Avstraliya, Rusiya, Ukrayna, Estoniya, İsveçrə, Bolqarıstan, Özbəkistan, Qazaxıstan, Yaponiya və digər ölkələrin aparıcı alimləri iştirak edir.

İlk gündən plenar və bölmə iclasları ilə davam edən konfransın  müzakirə mövzuları isə bunlardır:

•   Optimallaşdırma və optimal idarəetmə;

•   Riyazi modelləşdirmə, parametrik identifikasiya və tərs məsələlər;

•   Ədədi üsullar və hesablama texnologiyaları;

•   Texniki və sosial-iqtisadi sistemlərdə qərarların qəbulu;

•   Neft və qaz hasilatı, emalı, nəqli proseslərinin modelləşdirilməsi və idarə edilməsi;

•   İntellektual sistemlər və qərarların qəbulu;

•   Nümunələrin tanınması üsulları və sistemləri;

•   Stokastik və qeyri-səlis qərar qəbuletmə modelləri.

Konfransda 30-dan çox müxtəlif ölkənin elm ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun akademik, baş direktoru Əli Abbasov, AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun akademik, baş direktoru Rasim Əliquliyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Sumqayıt Dövlət Universitetinin rektor vəzifəsini icra edən professor Əminağa Sadıqov, ABŞ-nin Ueyn Dövlət Universitetinin təmsilçisi Boris Morduxoviç, Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun professoru Örkən Mamırbayev və s. iştirak edirlər.

Qeyd edək ki, 2006-cı ildən Bakı şəhərində davamlı olaraq keçirilən beynəlxalq konfransın əsas məqsədi elmi tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorların nümayəndələrini bir araya gətirərək kibernetika və informatika sahələrində mövcud elmi və praktiki problemlərin müzakirə edilməsidir.

1 /3

Şərhlər

Xəbər lenti

26 avqust, 19:55

ADNSU-nun təşkilatçılığı ilə Rumıniyada keçirilən beynəlxalq elmi konfrans başa çatıb

26 avqust, 17:13

Taleh Şahsuvarlı: Ali məktəblərimiz Şərqi Avropanın bir çox universitetindən daha yaxşı təhsil verir

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

26 avqust, 14:16

“Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır” – 55 yaşlı tələbə

26 avqust, 12:49

Müəllim təbiətə bağlıdırsa…

26 avqust, 12:45

Ötən tədris ilində Azərbaycana 7 mindən çox əcnəbi tələbə gəlib

26 avqust, 12:44

Müəllim sinifdə müəllim olar

26 avqust, 12:43

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar

26 avqust, 12:38

Azərbaycan alimləri dünyada ilk dəfə fitoplazmalar arasında rekombinasiyanı aşkar ediblər

26 avqust, 12:22

Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu

26 avqust, 12:15

Milli Müdafiə Universiteti tələbə qəbulu elan edir

26 avqust, 12:02

Azərbaycanda “robot tyutor” hazırlanır

26 avqust, 12:00

Bu ölkələrin vətəndaşları Azərbaycan kolleclərində təhsil alırlar

26 avqust, 11:57

Əkizlərin uğuru: Bacı-qardaş eyni vaxtda tələbə oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.