Bütün xəbərlər
17 fevral, 14:18

“Azərbaycan müəllimi” bölgələrimizdən olan məktəblilərimizin nailiyyətlərini işıqlandırmaqda davam edir. 

Növbəti uğura Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran şəhəri Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Tunar Bağırov imza atıb. Şabran rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin stolüstü tennis dərnəyinin üzvü olan məktəbli seçmə komandanın tərkibində Xorvatiyanın Osiyek şəhərində təşkil olunan “Europe Youth Series” turnirində bürünc mükafata layiq görülüb. 

“Beynəlxalq yarışda 24 ölkəni təmsil edən güclü iştirakçılar olsa da, yer tutacağımıza çox inanırdım”

Gənc olmasına baxmayaraq təmsil etdiyi idman növündə xeyli nailiyyətləri olan Tunar 2010-cu ildə anadan olub. O, 6 yaşından stolüstü tennis idman növü ilə məşğul olur. Deyir ki, uşaq yaşlarından tennisə böyük maraq göstərdiyindən bu idman növü ilə peşəkarcasına məşğul olmaq qərarını verib. Ailəsi həm maddi, həm mənəvi olaraq hər zaman Turana dəstək göstərib, onun yanında olub.

Tunar Bağırov bugünədək əldə etdiyi qalibiyyətləri haqqında danışarkən bildirir:

“Xaricdə yer tutduğum ilk yarış 2022-ci ildə Rusiyanın Moskva şəhərində olub. Şəxsi yarışmada 1-ci, qoşa qarşılaşmada 2-ci, komandada isə 1-ci yerə layiq görülmüşəm. 2022-ci ildə Xorvatiyada keçirilən Avropa seriyasında komanda ilə və qoşa qarşılaşmada 2-ci oldum. 2023-cü ildə Latviyanın paytaxtı Riqa şəhərində keçirilən beynəlxalq turnirdə şəxsi qarşılaşmada 2-ci yerə sahib çıxdım. Həmin il Türkiyənin Kapadokiya bölgəsində keçirilən Avropa seriyasında komandada və qoşa yarışda 3-cü yeri qazandım. Daha sonra 2023-cü ildə Türkiyənin başqa bölgəsi – Balıkəsirdə keçirilən beynəlxalq turnirdə şəxsi yarışmada yenə 3-cü yeri tutdum. 2024-cü ildə Latviyada keçirilən beynəlxalq turnirdə şəxsi qarşılaşmanın 3-cüsü oldum. Bu il də Xorvatiyanın Osiyek şəhərində təşkil olunan “Europe Youth Series” turnirində qoşa qarşılaşmada bir daha 3-cü yerə çıxaraq bürünc mükafata layiq görüldüm. Bu beynəlxalq yarışda 24 ölkəni təmsil edən güclü iştirakçılar olsa da, yer tutacağımıza çox inanırdım. Macarıstan təmsilçiləri 1-ci, Polşa idmançıları 2-ci, Azərbaycan və İngiltərə təmsilçiləri 3-cü yerə layiq görüldü. Hər qalibiyyətimizdə bayrağımızı qaldırdıqca və himnimiz səsləndikcə sevinc və qürur hissləri keçirirəm! Mən bütün uğurlarıma görə I kateqoriyalı baş məşqçi-müəllim Zakir Cavadova dərin minnətdarlığımı bildirirəm. Ailəmə də mənə dəstək olduqlarına görə təşəkkür edirəm”.

Yeniyetmə tennisçimiz qürurla vurğulayır ki, stolüstü tennis üzrə nəticələrinə görə Şabran rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbi respublika üzrə üçüncü yerdədir. Şabran şəhəri M.Nəzirov adına 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Tunar Bağırov tez-tez ölkəmizi müxtəlif turnirlərdə təmsil etməsinə baxmayaraq təhsilinə böyük önəm verir. Sevdiyi fənlər Azərbaycan dili və biologiyadır. Gələcəkdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil almaq arzusundadır. Ən böyük hədəfi isə Avropa, dünya və olimpiya çempionu olmaqdır. 

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.