Bütün xəbərlər
14 aprel, 14:20

Naxçıvan Dövlət Universitetinin (NDU) rektrou Elbrus İsayev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102, Naxçıvan Muxtar Respublikasının yaranmasının 101 illiyinə həsr olunmuş “Bədii yaradıcılıq müsabiqə-festivalı”nda iştirak edən nümayəndə heyətini qəbul edib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Xalq artisti Mübariz Tağıyev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Azərbaycan Respublikasının Əməkdar in­cəsənət xadimi Baba Vəziroğlu, Qarabağ Universitetinin İncəsənət fakültəsinin ifaçılıq və musiqi müəllimliyi  kafedrasının müdiri Arslan Növrəsli, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin müşaviri, baş katib Pərvanə İsmayılova, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin şöbə müdiri Elnur Cəfərov, Mədəni, kütləvi və idman işləri şöbəsinin baş mütəxəssisi Rüstəm Nəsirov, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Aygül Bağırova  və universitetin rəhbər şəxsləri iştirak ediblər.  

Rektor Elbrus İsayev qonaqları salamlayıb, dəvəti qəbul edib iştirak etdikləri üçün təşəkkürünü bildirib. Rektor artıq dördüncü dəfədir universitetdə təşkil olunan “Bədii yaradıcılıq müsabiqə-festivalı”nın əhəmiyyətindən danışıb, vurğulayıb ki, ali təhsil ocağında keçirilən mədəni-kütləvi tədbirlərdə milli dəyərlərimiz hər zaman əsas tutulur.

Qonaqlar “Bədii yaradıcılıq müsabiqə-festivalı”nın NDU-da keçirilməsi təşəbbüsünün yüksək qiymətləndirib, ənənəvi olaraq burada keçirilən ötən illərdəki tədbirlər kimi  yaddaqalan olacağını diqqətə çatdırıblar.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Naxçıvan Dövlət Universiteti və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilir. 

1 /1

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.