
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.
Sənədə əsasən, Ədliyyə Nazirliyi Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə yeni yaradılacaq peşə təhsili müəssisələri və onların əraziləri barədə təkliflər hazırlayacaq. Proqramın icrası 2026–2030-cu illəri əhatə edəcək. Yekunda məhkumların peşə təhsilinin təmini məqsədilə cəzaçəkmə müəssisələrində peşə təhsili müəssisələri yaradılacaq.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər