Bütün xəbərlər
25 iyun, 18:50

“Dünyanın dəyişən çağırışları qarşısında möhkəm dayana bilmək üçün yalnız bilik və elm kifayət deyil. Sadaladığım dəyərlər sırasında eyni zamanda dürüstlük, məsuliyyət, vətənə sevgi və vətəndaşlıq şüuru da ən azı bilik qədər vacibdir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Bakı Dövlət Universitetinin (BDU) “Məzun günü” tədbirində çıxışı zamanı səsləndirib.

Nazir müavini bildirib ki, ötən 100 ildən artıq dövrdə BDU yalnız elm, təhsil və tədqiqat müəssisəsi olmaqla kifayətlənməyib, eyni zamanda, xalqımızın intellektual inkişafında, onun milli kimliyinin formalaşmasında və dövlətçiliyimizin möhkəmlənməsində mühüm rol oynayıb: "Atalar sözlərinin birində deyilir ki, əgər bir il nəticə görmək istəyirsinizsə, buğda əkin. Əgər on il nəticə görmək istəyirsinizsə, ağac əkin. Əgər yüz il nəticə görmək istəyirsinizsə, o zaman insan yetişdirin". Bakı Dövlət Universiteti yüz ildən artıqdır ki, şərəf və qürurla bu müqəddəs missiyanın – insan kapitalının formalaşdırılması missiyasının öhdəsindən gəlir.

Ulu Öndər Heydər Əliyevin Bakı Dövlət Universiteti haqqında dediyi kimi: “Bu universitet həqiqəti axtaran, milli ruhu inkişaf etdirən bir ocaq, bir məktəb olmuşdur”. Bir əsrdən çox tarixi ərzində bu universitet çox sayda alim, hüquqşünas, müəllim, neçə-neçə ictimai-siyasi, dövlət xadimi yetişdirmişdir”.

Kənan Kərimzadə qeyd edib ki, bu gün Azərbaycanda ali təhsil sisteminin inkişafı üçün dövlət tərəfindən genişmiqyaslı islahatlar həyata keçirilir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət nəticəsində ali təhsilin maddi-texniki bazası gücləndirilib, tədrisə müasir texnologiyalar daxil edilib: “Əlbəttə, 25 000 nəfərdən artıq tələbəsi olan təhsil müəssisəsinin flaqman universitet statusunu qoruması, keyfiyyətli təhsilin təşkili, özünəməxsus sosial mühitin yaradılmasına ölkəmizdə elm və ali təhsilin inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğının artırılması da xüsusi şərait yaratmışdır. Sevinc hissi ilə qeyd etmək istəyirəm ki, ali təhsilin əlçatanlığının təmin olunması istiqamətində 2025–2026-cı tədris ilindən etibarən rekord sayda – 75 000 şəxs tələbə adını qazanacaq”.

O, qeyd edib ki, Azərbaycan universitetləri artıq beynəlxalq reytinqlərdə də tanınmağa başlayıb. Bakı Dövlət Universitetinin QS 2026 dünya universitetləri siyahısında 688-ci yerdə qərarlaşmasını bu sahədə böyük nailiyyət kimi dəyərləndirib. Nazir müavini bu nəticənin həm Azərbaycanda, həm də Cənubi Qafqaz regionunda ən yüksək göstərici olduğunu vurğulayıb.

Kənan Kərimzadə çıxışında həmçinin universitetin professor-müəllim heyətinə, valideynlərə təşəkkürünü bildirib. Bütün məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb: “Ümid edirəm ki, harada olmağınızdan asılı olmayaraq, bilik və bacarığınızla bu müqəddəs ali təhsil ocağının adını daim uca tutacaqsınız, onu uğurlarınızla təmsil edəcəksiniz və yeni nəsillər üçün ilham mənbəyinə çevriləcəksiniz.

Bu gün məzun olan altı mindən çox tələbə Bakı Dövlət Universitetinin keçdiyi yüz ildən artıq yolun davamçıları olaraq universitetin tarixində xüsusi bir yerə sahibsiniz. Bu gündən sonra sizə veriləcək diplom sadəcə bir sənəd deyil. Bu sizin əzminizin, zəhmətinizin nəticəsi olmaqla yanaşı, həm də bir məsuliyyət və öhdəlikdir. Bu, ölkəmizin sabahı naminə sizə bəslənən inamın və ümidin rəmzidir.

Qarşınızda çoxlu sayda imkanlar var və əminəm ki, daha böyük imkanlar olacaq. Amma bu imkanlarla yanaşı, yenə qeyd edirəm ki, böyük məsuliyyətiniz və öhdəliyiniz var”, - deyə nazir müavini qeyd edib.

Şərhlər

Xəbər lenti

25 iyun, 20:54

Gözünü arı sancan kimya müəllimi: “Tək gözlə 55 bal topladım”

25 iyun, 19:00

İmtahana könüllü qatıldı – 56 bal topladı

25 iyun, 18:41

"Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat uzadılır

25 iyun, 18:20

Zəhmətin zirvəsi Müəllimlərin sertifikasiya sevinci

25 iyun, 18:04

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar

25 iyun, 18:00

50 dəqiqəyə maksimal bal topladı – İmtahandan uğurla keçənlər danışdı

25 iyun, 17:00

“Müəllim nə qədər savadlı olsa da, öz üzərində daim  işləməlidir” – Müəllimlərin fikirləri 

25 iyun, 16:30

Sertifikasiyadan keçən kimya müəllimləri: “Sualların 25-30-u çox sadə idi…”

25 iyun, 16:15

Çiçəkli qarşılama, ailə dəstəyi – İmtahanın sonuncu günü 

25 iyun, 16:12

“Qərbi Azərbaycana qayıdış” mövzusuna həsr olunmuş forum keçirilib

25 iyun, 16:01

Proses kifayət qədər şəffaf keçir – Orxan Məmmədli

25 iyun, 15:59

Media qurumlarının rəhbərləri və influenserlər sertifikatlaşdırma imtahanını izləyiblər

25 iyun, 15:49

“Sertifikatlaşdırma müəllimlərin məsuliyyətini daha da artırır”  

25 iyun, 15:31

Ən yüksək nəticə göstərən müəllim: Sertifikatlaşdırma özünü təkmilləşdirmə üçün faydalıdır

25 iyun, 15:30

Basketbol üzrə respublika birinciliyi keçirilib

25 iyun, 15:25

Naxçıvanın ən yüksək nəticə göstərən abituriyenti: “Ölkənin elmi inkişafında iştirak edəcəyəm"

25 iyun, 14:50

Media nümayəndələri sertifikasiya prosesini necə qiymətləndirirlər? – AÇIQLAMA

25 iyun, 14:45

Bir məktəb, min arzu: Həkim, müəllim, idmançı  - REPORTAJ

25 iyun, 13:16

Beyləqan məktəbinin daha bir müəllimi sertifikatlaşdırma imtahanında maksimal bal topladı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.