Bütün xəbərlər
25 iyun, 10:50

Müəllimlərin sertifikatlaşdırılması prosesinin sonuncu günündə Bakı şəhəri 161 nömrəli tam orta məktəbdə infotur təşkil olunub. Tədbirdə bir sıra media qurumlarının rəhbərləri də iştirak ediblər. 

Onlar sertifikasiya prosesi barədə fikirlərini “Azərbaycan müəllimi”nə bölüşüblər.

“Sertifikasiya prosesi repetitorluğa olan ehtiyacı da tədricən aradan qaldıracaq”

“Modern” Media Qrupunun direktoru Elşad Eyvazlı müəllimlərin sertifikatlaşdırma prosesini bütövlükdə Azərbaycan cəmiyyəti üçün son dərəcə faydalı bir addım kimi dəyərləndirib.

O, açıqlamasında bildirib ki, sertifikasiya prosesi ilə həm təhsil qazanır, həm müəllimlər, həm də valideynlər bu prosesdən faydalanırlar: "Çünki hər bir valideyn istəyir ki, övladına dərs deyən müəllim savadlı, daim yeniliklərə açıq və müasir dünyanı izləyə bilən bir şəxs olsun. Eyni zamanda, hər bir müəllim də çalışır ki, biliklərini daim artıraraq şagirdlərinə daha keyfiyyətli təhsil versin”.

Elşad Eyvazlı qeyd edib ki, bu gün həyata keçirilən sertifikasiya imtahanları uzunmüddətli, təxminən dörd illik hazırlıq mərhələsinin nəticəsidir: “Düşünürəm ki, bu proses Azərbaycan təhsilini təbrik etməyə layiq bir mərhələdir. Çünki sertifikasiya cəmiyyət üçün çox faydalı bir sistemdir. İnanıram ki, bu təşəbbüs növbəti illərdə təhsillə bağlı mövcud narazılıqları və şikayətləri əhəmiyyətli dərəcədə azaldacaq. Eyni zamanda, repetitorluğa olan ehtiyacı da tədricən aradan qaldıracaq. Ümumilikdə isə bu proses Azərbaycan təhsilinin inkişafına böyük töhfələr verəcək”.

“Sertifikasiya imtahanı çox yüksək məsuliyyətlə və peşəkar şəkildə təşkil olunub”

“Report” İnformasiya Agentliyinin baş redaktoru Namiq Mailov müəllimlərin sertifikatlaşdırılması prosesini ölkəmizdə həyata keçirilən təhsil islahatlarının ən mühüm mərhələlərindən biri kimi dəyərləndirib. O hesab edir ki, sertifikasiya prosesi Azərbaycanda geniş vüsət alan təhsil islahatlarının ən vacib hissəsidir: 

“Bu islahatlar nəticə etibarilə övladlarımızın keyfiyyətli təhsil almasına xidmət edir. Çünki təhsil hər bir xalqın gələcəyini müəyyənləşdirən ən əsas amildir”.

Namiq Mailov qeyd edib ki, sertifikasiya eyni zamanda müəllimlərin sosial rifahının yaxşılaşdırılmasına da yönəlib:

“Bu proses müəllimlərin sosial vəziyyətlərinin yüksəldilməsinə, onların cəmiyyətdə daha dəyərli mövqe qazanmasına xidmət edir. Bu gün imtahan prosesini yerində izlədik və şahidi olduq ki, sertifikasiya imtahanı çox yüksək məsuliyyətlə və peşəkar şəkildə təşkil olunub. Hər bir detal diqqətlə nəzərə alınıb.
Çox xoşdur ki, imtahandan çıxan sevinc dolu müəllimləri görürük. Təbii ki, məyus olanlar da olacaq. Onlara növbəti mərhələlərdə yenidən şans veriləcək. Ümumilikdə isə bu proses ölkə təhsilinin keyfiyyətini daha da yüksəltmək üçün atılan uğurlu bir addımdır”.

“Bu proses müəllimlərin işinə daha böyük məsuliyyətlə yanaşmasına, öz üzərində daim çalışmasına şərait yaradır”

“Bakıvaxtı.az”ın baş redaktoru Qalib İbrahimoğlu vurğulayıb ki, fizika və informatika fənləri üzrə keçirilən imtahan prosesində media nümayəndələri birbaşa iştirak edərək prosesi yaxından izləyiblər.

“İmtahan olduqca şəffaf şəkildə keçirilir. Müəllimlərə uğurlar arzulayıram. Hesab edirəm ki, bu proses müəllimlərin işinə daha böyük məsuliyyətlə yanaşmasına, öz üzərində daim çalışmasına imkan yaradır. Bu, müəllimlərin inkişafına xidmət edən bir addımdır, əleyhinə deyil”, – deyə Qalib İbrahimoğlu qeyd edib.

“Bu proses müəllimlərin əməkhaqlarının artırılması üçün də stimul yaradır”

“Anews.az” xəbər portalının rəhbəri Nailə Balayeva müəllimlərin sertifikatlaşdırılmasını müsbət dəyərləndirərək bunun cəmiyyət üçün vacib bir addım olduğunu bildirib.

O, qeyd edib ki, müəllimlər cəmiyyətə vətəndaş tərbiyə edən ən önəmli şəxslərdir. Cəmiyyətin savadlı, bilikli olması birbaşa müəllimlərdən asılıdır. Vətəndaş nə qədər təhsilli olsa, o qədər sağlam və rahat bir cəmiyyət qurmaq mümkündür”.

Nailə Balayeva imtahanların şəffaflığını da vurğulayıb: “Müşahidələrimiz göstərdi ki, sertifikasiya prosesi olduqca şəffaf və peşəkar şəkildə təşkil olunub. Müəllimlər üçün yaradılan şərait mükəmməl idi, onların diqqətini yayındıracaq heç bir maneə yox idi. Hər bir müəllimə uğurlar arzulayıram”.

O, müəllimlərin üzərində daim işləməsinin vacibliyini xüsusi qeyd edərək əlavə edib ki, əgər müəllim minimum tələbi, yəni 30 balı belə toplaya bilmirsə, o müəllim pedaqoji fəaliyyətə davam etməməlidir. Müəllim hər zaman öz üzərində işləməli, biliklərini artırmalıdır”.

Nailə Balayeva onu da bildirib ki, məlumatımıza görə indiyə qədər artıq 85 min müəllim sertifikasiya prosesindən keçib: “Bu, Azərbaycan təhsilində geniş bir kütləni əhatə edən mühüm bir islahatdır. Eyni zamanda, bu proses müəllimlərin əməkhaqqılarının artırılması üçün də stimul yaradır”.

Şərhlər

Xəbər lenti

28 iyul, 17:20

Bu universitet hüquqi adını saxlamaqla rebrendinq edəcək - Rektor AÇIQLADI

28 iyul, 16:05

Liseylərə qəbulla bağlı əlavə araşdırmanın ilkin nəticəsi açıqlanıb

28 iyul, 13:07

Azərbaycanın məşqçi-müəllimi Dünya Kubokunda bürünc medal aldı

28 iyul, 12:58

100 baldan az toplayanların xarici universitetlərə qəbulu məhdudlaşdırılmalıdır – Ekspert

28 iyul, 12:15

Vəzifə öhdəliklərini yerinə yetirməyən məktəb direktoruna töhmət verilib

28 iyul, 11:43

“Uğur sadəcə nəticə deyil, seçimdir” – Məzunların baxışı

28 iyul, 11:28

Hansı peşə təhsili müəssisələrinin yataqxanası var? – SİYAHI

28 iyul, 11:15

Təhsil işçilərinə verilən yollayışların sayı 136% artıb

28 iyul, 10:28

Musiqi sənəti üzrə test imtahanı keçirilib

28 iyul, 10:24

Firudin Qurbanov türkmənistanlı həmkarı ilə görüşüb

28 iyul, 10:15

Peşə mərkəzi ilk dəfə sahibkarlıqdan pul qazandı 

28 iyul, 09:42

Universitetə qəbul olan subbakalavrlar üçün xüsusi proqram hazırlanmalıdır – Mütəxəssis

28 iyul, 08:21

Sabahın hava proqnozu açıqlanıb

28 iyul, 07:55

Azərbaycanda süni intellekt sahəsində yeni dövlət standartı qəbul edilib

28 iyul, 07:27

Bu günədək 55 000-ə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib

28 iyul, 07:14

AzMİU-nun biznes inkubatoru beynəlxalq sertifikatla təltif edilib

28 iyul, 06:22

Qadınlar üçün rəqəmsal dəstək – Süni intellektin yardımından istifadə ediləcək

28 iyul, 06:08

Qarabağ Universitetinin strateji hədəfləri

28 iyul, 05:50

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri üçün ingilis dili təlimləri keçirilir

28 iyul, 05:36

İkili diplom proqramları: Azərbaycan ali təhsilinin beynəlmiləlləşmə yol xəritəsi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.