Bütün xəbərlər
25 fevral, 11:34

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Təhsil İnstitutu təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsini təqdim edib. Coğrafiya üzrə ümumilikdə 3 mövzu üzrə 50 sual təqdim ediləcək. Coğrafi məkan sahəsi üzrə 14, təbiət və cəmiyyət mövzularından isə hər birindən 18 sual salınacaq.

“Azərbaycan müəllimi” həmin sənədə əsasən, coğrafiya müəllimlərinin sertifikatlaşdırılmasına sualların hansı mövzular üzrə salınacağını təqdim edir:

1. Coğrafi məkan

➢ Coğrafi kəşflər və tədqiqatlar, coğrafiya elminin inkişafı: Coğrafi kəşflər və tədqiqatlar. Azərbaycanda coğrafiya elminin inkişafı. Coğrafiya elminin sahələri və müasir coğrafi biliklərin əldə edilməsi.
➢ Kartoqrafik təsvirlər: Plan. Xəritə. Qlobus. Yerin forması və ölçüləri.
➢ Kainat və Günəş sistemi: Kainatın yaranması və inkişafı. Günəş sistemi. Yer maqnetizmi. Yerin sutkalıq, illik hərəkətləri və onların coğrafi nəticələri.

2. Təbiət

➢ Litosfer: Yerin inkişaf mərhələləri. Yerin daxili quruluşu və Yer səthini təşkil edən süxurlar. Yerdə baş verən tektonik proseslər və onların nəticəsi. Yer səthinin relyefi və onun təsərrüfat əhəmiyyəti. Azərbaycanın geoloji və geomorfoloji quruluşu, mineral ehtiyatları.
➢ Atmosfer: Atmosferin tərkibi və quruluşu. Günəş radiasiyası və havanın temperaturu. Atmosfer təzyiqi, küləklər. Atmosferdə su. İqlim və onun təsərrüfatda rolu. Qlobal iqlim dəyişmələri. Azərbaycanın iqlimi.
➢ Hidrosfer: Yer kürəsində suyun mənşəyi. Dünya okeanı və onun hissələri. Dünya okeanında baş verən fiziki, kimyəvi və dinamik proseslər. Dünya okeanının resursları və onun istifadəsi. Quru suları. Azərbaycanın daxili suları. Xəzər dənizi.
➢ Biosfer: Biosferin yaranması və inkişafı. Coğrafi təbəqə. Torpaq. Təbii kompleks, təbii zona və landşaftlar. Bioloji resursların istifadəsi. Azərbaycanın torpaq örtüyü, biomüxtəlifliyi, landşaftları və təbiətin mühafizəsi. Azərbaycanın fiziki-coğrafi rayonlaşdırılması.

3. Cəmiyyət

➢ Dünya ölkələri: Dünyanın siyasi xəritəsi. Dövlətlərin geosiyasi mövqeyi. Beynəlxalq siyasi münasibətlər. Dünya ölkələrinin təsnifatı. Beynəlxalq təşkilatlar. Dünya ölkələrinin sivilizasiyası. Azərbaycanın iqtisadi-coğrafi mövqeyi, inzibati ərazi quruluşu.
➢ Dünya əhalisi və dünyanın demoqrafik mənzərəsi: Dünya əhalisinin inkişaf dinamikası. Dünya əhalisinin təsnifatı. Azərbaycanın əhalisi.
➢ Dünyanın iqtisadi və sosial mənzərəsi: Təbii resurslar və onların təsərrüfat əhəmiyyəti. Təsərrüfat sahələri və onların yerləşdirilmə prinsipləri. Maddi və qeyri-maddi istehsal. ETİ və ETT. Dünyanın hasilat sənayesi. Dünyanın emaledici sənayesi. Dünyanın kənd təsərrüfatı. Dünya nəqliyyatının coğrafiyası. Beynəlxalq turizm. Beynəlxalq iqtisadi inteqrasiya və qloballaşma. Azərbaycanın iqtisadi coğrafiyası. Azərbaycanın iqtisadi rayonlaşdırılması. Qarabağ müharibəsinin coğrafi nəticələri. Azərbaycanın beynəlxalq münasibətləri və nəqliyyatı. İqtisadi inkişafın istiqamətləri və dayanıqlı inkişaf.
➢ Qlobal problemlər və onların həlli yolları.
➢ Türk xalqları: Türk dövlətləri və qurumları. Türk xalqlarının yaşadıqları ərazilərdə baş verən fiziki, iqtisadi, sosial hadisələr və onların coğrafi nəticələri.

Qeyd edək ki, test imtahanında bütün fənlər üzrə ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklərə istinad olunur. (Təqdim olunan mövzular daha çox diqqət yetirilməli olanlardır).

Xatırladaq ki, test imtahanında bütün fənlər, həmçinin metodika və pedaqogika üzrə iştirakçıların bilik və bacarıqları həm nəzəri, həm də praktik şəkildə yoxlanılır. Bütün fənlər, həmçinin metodika və pedaqogika üzrə iştirakçıların tətbiqetmə, təhliletmə, problem həlletmə və s. bacarıqları praktik və situativ suallarla ölçülür.

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.