
Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu “İşğaldan azad olunmuş torpaqlarda biomüxtəlifliyin qorunması və dayanıqlı ekoloji inkişafı” adlı beynəlxalq konfrans keçirəcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, oktyabrın 29-da təşkil olunacaq konfransda Qarabağ iqdisadi rayonunu biomüxtəlifliyinin müasir vəziyyətinin öyrənilməsi, onun qorunması, saxlanması, inkişafı, nadir və nəsli kəsilməkdə olan növlərin qiymətləndirilməsi və bərpası ilə bağlı mövzular müzakirə olunacaq.
Tədbirin keçirilməsində həmçinin əsas məqsəd antropogen təsirlərin biomüxtəlifliyə göstərdiyi təsirlərin elmi əsaslarla aradan qaldırılması istiqamətində tətdiqatlar aparılması, regionda dayanıqlı ekoloji inkişafı təmin edən elmi tədqiqatların nəticələrinin tətbiqi, eləcə də bu sahənin elm adamları ilə təcrübə mübadiləsinin həyata keçirilməsi üçün elmi platformanı formalaşdırmaqdır.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər