Bütün xəbərlər
2 aprel, 09:51

“Universitetlər dünyada öz rolunu dəyişib. Əvvəllər onlar yalnız təhsillə məşğul olurdular. Lakin son illərdə Qərb, indi isə Asiya ölkələrində universitetlər tədqiqat və innovasiya mərkəzlərinə çevrilib. Bu qurumlar artıq texnoloji yeniliklər və kəşflər edir, onları kommersiyalaşdıraraq bazara çıxarır və bununla da iqtisadi inkişafı stimullaşdırırlar”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə bildirib.

O bildirib ki, universitetlərdə yaradılan texnoparklar bu dəyişikliyin nümunəsidir. Şirkətlər universitetlərlə əməkdaşlıq edir, vergi güzəştlərindən faydalanır, müasir laboratoriyalardan və təhsil resurslarından istifadə edirlər. Nəticədə biznes və ali məktəblər birləşərək innovasiya və texnoloji inkişafı irəli aparır:

“Hazırda bizim universitetlərdə, əsasən, klassik yanaşma hökm sürür, yalnız tədris fəaliyyətinə diqqət yetirilir. Ənənəvi olaraq, ölkəmizdə tədqiqatların böyük hissəsi Milli Elmər Akademiyasında aparılır. Bu, sovet dövründən miras qalmış bir sistemdir. Universitetlərdə tədqiqat üçün nə ayrıca fondlar mövcuddur, nə innovasiya işləri aparılır, nə də kommersiyalaşdırma  fəaliyyətləri həyata keçirilir.
Universitetlər öz rolunu yalnız tədrisdə görür və bazara yeni məhsulların çıxarılması, kəşflərin edilməsi, innovasiyaların tətbiqi kimi məsələlərə diqqət yetirmirlər”.

Onun fikrincə, bu yanaşma dəyişilməlidir. Universitetlərdə yeni imkanlar yaratmaq, tədqiqat fondları təsis etmək lazımdır. Müəllimlərin tədrislə məşğul olması ilə yanaşı, tədqiqat işləri apara bilməsi üçün də qrantların ayrılması təmin edilməlidir:

“Beləliklə, həm innovasiyanı, həm də ölkəmizin iqtisadiyyatını irəli apara bilərik. Universitetlərin biznes mühitinə inteqrasiya olunması isə bu prosesin mühüm bir hissəsini təşkil edir. Burada, əsasən, müəllimlər, tədqiqatçılar və gənc alimlərdən söhbət gedir. Lakin startap və innovasiya layihələrində tələbələrin iştirakı da vacibdir. Tələbələr belə layihələrə qoşulduqda onlarda tədqiqatlara maraq yaranır və nəticədə gənc kadrlar yetişir”.

Fariz İsmayılzadənin sözlərinə görə, hazırda elm sahəsində gənc kadrların azlığı müşahidə edilir. Elmi araşdırmalarla əsasən yaşlı nəsil məşğuldur: 

“Lakin bu cür layihələr və universitetlərin tədqiqat fəaliyyəti vasitəsilə gəncləri də bu işlərə cəlb edə bilərik. Burada həm şəffaflıq, həm də rəqabətə əsaslanan idarəetmə üsulu olmalıdır. Ən yaxşı layihələr, qrantlar və elmi potensiala malik araşdırmalar dəstək almalıdır”. 

Deputat əlavə edib ki, əgər tədqiqatların sayı artarsa, elmi nailiyyətlərin sayı da çoxalar və bu, universitetlərimizin reytinqinə müsbət təsir edər. Eyni zamanda, nəşrlərin sayı çoxalar, alimlərimizin reputasiyası yüksələr və beynəlxalq səviyyədə ikitərəfli və çoxtərəfli tədqiqat layihələrinin həyata keçirilməsi üçün imkanlar yaranar.

Qeyd edək ki, universitetlərdə tədqiqat fondlarının yaradılması təşəbbüsünü deputat Fariz İsmayılzadə Milli Məclisin martın 14-də keçirilmiş plenar iclasında da səsləndirib.

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.