Bütün xəbərlər
26 noyabr, 12:54

Azad olunmuş torpaqlarımız... Bəli, bəli ən ümdə arzumuzdakı “gün o gün olsun Qarabağımız azad olunsun” artıq “azad olunmuş” ifadəsi ilə əvəzlənib. Belə yazacağımı düşünəndə qəlbimdə sözlərə sığdıra bilmədiyim, fərəh dolu duyğular baş qaldırır. Niyəsini bilmirəm. Bunu əhatəmdə olan çox insanlarda müşahidə etmişəm. El dili ilə desək, Şuşanın dolama yollarından, Kəlbəcərin “İsti su”yundan, Ağdamın köhnə bazarından, Xankəndinin unversitetindən söhbət açıb kövrəlməyən insan tanımıram. Hələ “siz o vaxtları görməmisiz” cümləsini xüsusi vurğu ilə qeyd edirlər. Axı, gözəl məkanın, təmiz havanın, füsunkar təbiətin canlı şahidi olublar. 1988-1992-ci illərə gələndə istər-istəməz bir burulğan yaranır həmin insanların üzündə, gözlərindəki dərinlik get-gedə artır.

30 ilə yaxın zaman, qarşılıqlı çəkilən həsrət... Dirçələn torpaqların bitməyən ümidi real oldu. Bu illərin həsrətinə son qoyan 44 əzəmətli gün hər birimizin xatirindədir. Əks-hücum əməliyyatlarının sonu olaraq 10 noyabr kapitulyasiya aktı imzalandı. İmzalanan sənədə görə, 2020-ci ilin 15 noyabrında Kəlbəcər, 20 noyabrda Ağdamın işğal altında olan hissəsi, 1 dekabrda isə Laçın rayonu Azərbaycana qaytarılmalı idi. 

Ancaq 15 noyabrda təhvil verilməsi nəzərdə tutulan Kəlbəcər Ermənistan tərəfinin möhlət istəməsi ilə əlaqədar olaraq noyabrın 25-də Azərbaycana təhvil verilib və həmin gündən etibarən bu tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd edilir. 2020-ci ildən təqvimdə artıq azad edilmiş şəhərlərimizin günləri də yer alır.

 “Azərbaycan müəllimi” davamlı olaraq, təhsil sahəsindəki məlumatları sizlərə təqdim edir. Bu dəfə Kəlbəcər Şəhəri Günü ilə əlaqədar rayonunun təhsil məlumatlarını açıqlayırıq.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayonu üzrə təhsil sektorunun müdiri Namiq Rəcəbov qeyd edib ki, 2024-2025-ci tədris ilində rayon üzrə ümumilikdə 101 ümumtəhsil müsəssisəsi fəaliyyət göstərir. Onların 86-sı tam orta, 15-i isə ümumi orta təhsil müəssisəsidir. Hazırda rayonun məktəbləri respublikamızın 17 müxtəlif şəhər və rayonunda yerləşib. Cari tədris ilində I-XI siniflər üzrə 13 783, məktəbəhazırlıq qrupları ilə birgə isə 14536 şagird təhsilə cəlb olunub. Ali məktəbə sənəd verən 691 nəfər məzunun 541-i tələbə adını qazanaraq ölkəmizin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunub. Ən yüksək nəticə isə 695 bal toplayan Kəlbəcər rayon 84 saylı tam orta məktəbin şagirdi Məhəmməd Gülməmmədova məxsusdur. Prezident təqüdçüsü olan Məhəmməd Bakı Ali Neft Məktəbində təhsil alır: “Doğma yurda qayıdışı səbirsizliklə gözləyirik. Növbəti dəfə məlumatları sizə elə Kəlbəcərdən çatdıracam”. 

Rayonun məktəblərindən biri Daşkəsən rayon Quşçu kəndində yerləşir. Ərəstun Kamalov həmin kənddə yerləşən Kəlbəcər rayon 71 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimidir. İlk olaraq, özü daxil bizi də əlamətdar gün münasibəti ilə təbrik edir. Böyük coşqu ilə yenidən qurulan Kəlbəcərdə dərs deyəcəyi günü gözlədiyini, çox az zaman qaldığını dilə gətirir. “Şagirdlərə, ölkəmizin gələcəyi olan gənclərə tariximizi, dilimizi məhz həmin torpaqlarda tədris etməyin sevinci bir ayrıdır” deyir.

Yenidən qurulmasına birgə şahidi olduğumuz torpaqlarımızda həyat yenidən canlanır. Doğma yurda baxıb qürurlanırıq, fərəhlənirik. Bu hisslər içərisində də deyirik:

Günün mübarək, Kəlbəcər!

 

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.